/public/editor/elFinder/php/../files/images/medicine_images/urinon d.jpg
Share this:

Urinon D


Tərkibi:

Pacran           250,0 mq

(Quşüzümü bitkisinin standartlaşdırılmış ekstraktı)

D mannoza    200,0 mq

 

Farmakoloji qrupu:

Iltihabəleyhinə, uroseptik, diuretik.          

 

Farmakoloji təsiri:

Quşüzümü bitkisinin ekstraktı – təbii sidikqovucu, iltihabəleyhinə təsirə malik, sistit, uretrit və pielonefrit zamanı yardımçı vasitədir. Tərkibində olan proantosianozidlər sidik yollarında antiadheziv təsir göstərərək bakteriyaların sidik yollarının divarlarına yapışmasının (adheziyasının) qarşısını alır.

Hidroxinon sidik ifrazını gücləndirərək diurezi artırır. Onun təsiri on illərlə sınaqdan çıxarılmışdır və təsdiq olunmuşdur ki, quşüzümü ekstraktı sidiyin turşuluğunu tədricən artıraraq, bakteriyalar tərəfindən zədələnmiş orqanizmin bərpasına imkan yaradır.

 

Göstərişləri:

- Sidik yollarının kəskin və xroniki infeksiyalarının kompleks müalicəsi (pielonefrit, sistit, uretrit), o cümlədən şəkərli diabet xəstələrində;

- Böyrək daşı xəstəliyinin kompleks müalicəsi;

- Simptomsuz bakteriuriya;

- Hamiləlik zаmanı sidik yollarının infeksiyaları.

 

Əks göstərişləri:

Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq.

 

Dozalanması və qəbul qaydası:

1 kapsuldan gündə 2- 3 dəfə yeməkdən sonra və ya yemək vaxtı kifayət qədər maye ilə.

 

Digər dərman preparatları ilə yanaşı istifadəsi:

Antibiotiklərin təsir effektini gücləndirir.

 

Əlavə təsirləri:

Qeyd olunmayıb.

 

Buraxılış forması:

Yumşaq jelatin kapsul № 30

 

İstehsalçı:

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.