/public/editor/elFinder/php/../files/difli.jpg
Share this:

Difluderm


Tərkibi:

1 q kremin tərkibində:

İzokonazol nitrat 10mq  

Diflukortolon valerat 1mq

 

Farmakoterapevtik qrupu:

Yerli istifadə üçün güclü (III qrup) kortikosteroidlərlə göbələkəleyhinə vasitənin (imidazol törəməli) kombinasiyası.

 

Farmakodinamikası:

İzokonazol nitrat geniş təsir spektrli olub, səthi göbələk xəstəliklərinin müalicəsində istifadə olunur.  O, çox geniş antimikrob təsir spektrinə malik olub, dermatofitlərə  və maya göbələklərinə, mayayabənzər göbələklərə (Pityriasis versicolor törədiciləri daxil olmaqla) və Erythrasma kimi kif göbələklərinə qarşı effektivdir.

Diflukortolon valerat dərinin iltihabi və allergik xəstəlikləri zamanı iltihabı tormozlayır və qaşınma, yanma hissi və ağrı kimi subyektiv şikayətləri azaldır.

İstifadəsinə göstərişlər:

DIFLUDERM  iltihabi və ya ekzematoz dəri xəstəlikləri (məsələn, əl nahiyələrində, ayaq barmaqları arasındakı sahələrdə və xaya və genital (cinsi) nahiyələrdə) ilə müşayiət olunan səthi göbələk infeksiyalarının müalicəsi üçündür:

·Dəri kandidozu  ·Seboreya tipli dermatit · Daban mikozu,dermatomikoz,qasıq epidermofitiyası · Əlvan dəmrov

 

Əks göstərişlər:

Müalicə olunmalı nahiyələrdə vərəmli və ya sifilitik proseslərin olması; müalicə olunmalı nahiyədə virus xəstəlikləri (məsələn, suçiçəyi, kəmərləyici dəmrov), rozaseya, perioral dermatit və postvaksinal dəri reaksiyaları. Preparatın maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq. 

 

İstifadə qaydası və dozası:

DIFLUDERM dərinin zədələnmiş nahiyələrinə gündə 2 dəfə yerli istifadə edilməlidir.

DIFLUERM ilə müalicə dərinin iltihabi və ya ekzematoz xəstəliklərinin yaxşılaşmasından sonra və ya müalicənin başlanmasından ən çoxu 2 həftə sonra və tərkibində kortikosteroid olmayan kremlə müalicəyə başlamazdan əvvəl dayandırılmalıdır. Bu, xüsusilə xaya və genital nahiyələrdə istifadəyə aiddir.        

 

Buraxılış forması:

15 q krem.

 

İstehsalçı:

Vefa İlaç Sanayi ve Ticaret A.Ş., İstanbul, Türkiyə.

 

Qeydiyyat seriyası: DV-19-01172