/public/editor/elFinder/php/../files/images/medicine_images/astera2.jpg
Share this:

Astera


Tərkibi:

Ənginar ekstraktı           300 mq

Alfa-lipoy turşusu            50 mq

Reyşi ekstraktı                  5 mq

Şiitake ekstraktı               10 mq

Selen                             50 mkq

E vitamini                       100 BV

 

Farmakoloji qrupu: 
Hepatoprotektor, hipoxolesterinemik, dezintoksikant, hipoazotemik, ödqovucu.

ASTERA – hepatoprotektor qrupuna aid olan preparatdır, qaraciyəri zədələyən faktorların təsirindən qoruyur və dözümlülüyünü artırır.

Ənginar qaraciyər və öd kisəsinin spesifik protektorudur. Eyni zamanda qan plazmasında sidik turşusunun miqdarını azaldır. Preparat hepatositlərdə koenzimin sintezini aktivləşdirərək lipid və xolesterin mübadiləsi yaxşılaşır, həmçinin, keton cisimlərinin metabolizmini sürətləndirir. Ənginarın yarpaqlarının tərkibinə sinarin, kofein, xlorogen, fenol turşuları, bioflavinoidlər, qlikozidlər, fitosteroidlər, terpenoidlər, karotin, vitaminlər, inulin, fermentlər bioloji aktiv maddələr daxildir. Sinarin əsasən xoleritik təsiri sayəsində fenol turşular ilə birgə ödqovocu təsir göstərir, həmçinin öd turşusu duzlarının sekresiyasını gücləndirir, ödçıxarıcı yollarda öd durğunluğunun qarşısını alır, pankreas fermentlərinin sekresiyasını gücləndirir.

Alfa-lipoy turşusu (tiokt turşusu) qaraciyərdə oksidləşmə əleyhinə təsir göstərir, lipid və karbohidrat mübadiləsini nizamlayır, xroniki hepatitdə, sirrozda, şəkər xəstəliyi zamanı, neyropatiyada istifadə edilir.

Reyşi ekstraktı  (Ganoderma lucidum) - Çin və Yaponyada tibbdə istifadə edilən ən qədim göbələk növüdür. 2000 ildən çoxdur istifadə edilir. Reişi ekstraktı xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır. Toksinləri orqanizmdən xaric edir. Reişi Yaponcadan tərcümədə “ölümsüzlük” anlamına gelir.

Şiitake ekstraktı (Lentinula edodes) – göbələk növüdür, tərkibində B1, B2, B12 və D vitaminləri var. Orqanizmin müqavimıtini artırır, anti-bakterial və anti –virus effektləri var.

Selen - Bu günki elmi məlumatlar təsdiq edir ki, Selen insan orqanizmində çox vacib funksiyaların həyata keçirilməsində əsaslı rol oynayan bir elementdir.

E vitamini zülalların biosintezi, hüceyrələrin proliferasiyası, toxuma tənəffüsü və s. mühüm metabolik proseslərdə iştirak edir.

 

Göstərişləri:

  • Kəskin və xroniki hepatitlər;
  • Qaraciyər çatışmazlığı;
  • Qaraciyər sirrozu;
  • Qaraciyərin piy distrofiyası (həmçinin, şəkərli diabet mənşəli);
  • Qaraciyərin toksiki zədələnməsi, həmçinin, alkoqol və dərman mənşəli zədələnmələri;
  • Somatik xəstəliklər zamanı qara ciyərin funksional pozğunluqları;
  • Hamiləlik toksikozları;
  • Psoriaz (kombinə olunmuş terapiyada);
  • Radiasion sindrom.

 

 Qəbul qaydası:

1tablet gündə 3 dəfə yeməkdən sonra və yaxud yemək zamanı

 

Buraxılış forması:

Tablet N30

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.