Vefa İlaç

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

  Vefa İlaç bütün dərman, qida əlavələri və şəxsi gigiyena məhsullarının son texnologiya ilə istehsalında, AR-Ge – laborator araşdırma və inkişaf tədqiqat proseslərində qabaqcıl təcrübəyə malik bir fabrikdir.

Zavodumuz Avrasiyada yüksək WHO, GMP və ISO sertifikatları ilə təsdiq olunmuş istehsal imkanlarına malikdir və istehsal prosesləri ən ciddi Beynəlxalq Tənzimləmə standartlarına cavab verməkdədir. Vefa İlaç fabriki insan sağlamlığı və rifahı üçün yüksək keyfiyyətli məhsulların istehsalı üzrə öz sinifində birincilər sırasındadır.

Vefa İlaç fabrikası 2012-ci ilin Sentyabr ayında qurulmuşdur və öz fəaliyyətinə Türkiyənin İstanbul şəhəri Mermerciler Organize Sanayi saytında başlamışdır. Şirkət üçün 2012-ci ilin İyun ayında Dərman və Qida əlavələri istehsalı üzrə Türkiyənin Səhiyyə nazirliyindən istehsal icazəsi təsdiqi alınmışdır. GMP təsdiqi: 2013 Avqust ayında zavod istehsal üçün hazır hala gətirilmişdir. Türkiyə Səhiyyə Nazirliyi GMP yoxlamasından müvəffəqiyyətlə keçilmişdir. 2013-cü ilin Sentyabr ayında zavodumuz Türkiyə Respublikası Səhiyyə naziri Dr. Mehmet Müezzinoğlu tərəfindən açılmışdır.

Hal-hazırda Vefa İlaç fabrikasının bir neçə ölkədə təmsilçilikləri fəaliyyət göstərməkdədir.

Təmsilçiliklər: Pasha-K Azərbaycan nümayəndəliyi - Azərbaycanda olan 20 illik bir distribyutor və marketinq firması.

Europharma  –  Gürcüstan nümayəndəliyi

TAB İlaç – Türkiyə nümayəndəliyi

Vefarma –   Ukrayna nümayəndəliyi

Vialavi A.Ş – Türkiyə nümayəndəliyi

Missiyamız: İstehsal etdiyimiz dərman və qida əlavələri məhsulları vasitəsilə dünya qitələrini bir-birinə birləşdirmək və  insan sağlamlığı və rifahı üçün müvəffəqiyyətli və ciddi bir istehsal reallaşdırmaq;

Hədəfimiz: Dərman/qida əlavələri istehsalında, Ar-Ge - laborator araşdırma və inkişaf sahələrindəki müvəffəqiyyət sayəsində və ixracat sahəsində ən sürətli böyüyən fabriklərindən biri olmaqdır.