/public/editor/kcfinder/upload/images/medicine_images/zinconekt%20c.jpg
Share this:

Zinconet C


Tərkibi:

Hər 5 ml-də:

Sink             10 mq

Vitamin C     50 mq

 

Farmakoloji xüsusiyyətləri:

Sink orqanizm üçün vacib mikroelement olub, orqanizmin bütün hüceyrələrində rast gəlinir. Çoxsaylı müxtəlif fermentativ reaksiyalar, o cümlədən detoksikasiya

zamanı vacibdir. Sink boy hormonu, insulin, çinsiyyət hormonları və bir çox hormonların sintezi və aktivliyində vacib rol oynayır. O, 90-dan artıq fermentin

tərkib hissəsi olub, bir çox mübadilə proseslərində iştirak edir, immun sistemin işi üçün vacib rol oynayır. Sink həm də zülalların və DNT-nin sintezi üçün lazımdır.

Sink virusəleyhinə və antitoksik xüsusiyyətlərə malik olmaqla, orqanizmin xəstə- liklərə qarşı dözümlülüyünü artırır. Diareya zamanı bagırsaqlardan elektrolitlərin

sorulmasını və absorbsiyasını yaxşılaşdırır.

C vitamini - vacib antioksidant olub, hüceyrələri və xolesterini oksidləşmə prosesindən qoruyur. Orqanizmdə vitamin E-ni bərpa edir və güçlü antioksidant

olan qlütationun səviyyəsini  artırır. Bütün bunlar dərinin vaxtından əvvəl qocalmasını, kataraktanın əmələ gəlməsini və sərbəst radikalların oksidləşməsi

zamanı əmələ gələn bir çox neqativ halların qarşısını alır. Əsl antioksidant kimi vitamin C ürək xəstəlikləri riskini və aterosklerozun azalması üçün vacibdir.

Birləşdirici toxumanın, sümüklərin və qan damarlarının vacib tərkib hissəsi olan kollagen sintezi üçün lazımdır.Vitamin c immun sistemin mükəmməl  işləməsi üçün vacibdir. Ağ qan hücüyrələrində toplanaraq aktivliyi artırır. C vitamini B limfositlərin sintezini tənzimləyir. Antistres hormon və interferon sintezinə kömək edir.

 

Göstərişləri:

  • KRX nəticəsində əmələ gələn kəskin və xroniki diareyalar
  • Diareya zamanı elektrolit itkisi
  • Sink çatmamazlıgı və akrodermatit
  • Enteropatiyalar
  • Vilson xəstəliyi
  • Acne vulqaris
  • Revmatoid artrid
  • Daun sindromu zamanı immundefisit vəzıyyətlər, xroniki infeksiyalar
  • Yuxrı tənəffüs yollarının infeksion-iltihabi xəstəlikləri
  • İntensiv boy artma dövrü
  • Boyun inkişafdan qalması, seksual infantilizm
  • Süni qidalanma
  • Anoreksiya
  • Malabsorbsiya sindromu
  • Görmə itiliyinin azalması
  • Bədən tərbiyəsi və intensiv fiziki hərəkətlər.

 

Dozalanma və istifadə qaydası:

Diareyanın müalicəsı üçün-yenidogulmuşlar 6 aya qədər:

2.5 ml - 2 dəfə 

6 ay - 3 yaş: 5 ml - 2 dəfə                      

3 - 12 yaş: 7.5 ml - 2 dəfə

Sink defisiti və digər müalicələrdə:

Çəkisi 10 kq və aşagı uşaqlar:

5 ml - 2 d

10 - 30 kq: 10 ml x1-3 d 

30 kq çox və böyüklər: 20 ml x1-2 d

 

İstehsalçı:  

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.