/public/editor/elFinder/php/../files/zala.jpg
Share this:

Zalain


Tərkibi:

Sertakonazol

Farmokoloji qrupu:

İmidazol və benzotiofen törəməsi, geniş təsir spektrli göbələk əleyhinə vasitə.

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası: Sertakonazol molekulundakı imidazol həlqəsi göbələk hüceyrəsi membranındakı erqosterolların sintezini pozur və fungistatik effekt göstərir. Benzotiofen qrupu isə membran quruluşuna yaxın olduğundan membrana keçərək orada dəliklər əmələ gətirir. Bunun nəticəsində membran keçiriciliyi pozularaq hüceyrə lizisə uğrayır, fungisid effekt alınır. Terapeftik dozada patogen göbələklərə (o cümlədən Candida, Pityrosporum orbiculare), dermatofitlərə (Trichophyton, Microsporum) və dəri, selikli qişa infeksiyaları törədicilərinə (Qram müsbət ştammlar) qarşı yüksək aktivlik göstərir.

Farmakokinetikası: Sistem absorbsiyası olmadığından yerli istifadədə qanda və sidikdə aşkar edilmir. Lipofil molekuladır. Ona görə də epitel hüceyrələrini asan keçir və 3 gün epiteldə 100% qalır. Qana sorulmadığından hamilələrdə və laktasiya dövründə istifadə edilə bilər.

Göstərişlər:

  • Zalain krem:
  • Dermatomikozlar;
  • Dermatofitiyalar: başın, üzün, əl və ayağın, qasıq nahiyəsinin;
  • Kəpəklənən dəmrov;
  • Rəngbərəng dəmrov;
  • Kandidozlar;
  • Seboreyalı dermatit.
  • Zalain şam:
  • Vaginal kandidoz.

 

Buraxılış forması:

Zalain vaginal şam 300 mq №1;

                  Zalain krem 2%-li 20q

Əks göstəriş:

Preparata qarşı yüksək həssaslıq.

İstifadə qaydası:

Krem: 1sm diametrdə sağlam nahiyəni də əhatə etməklə zədələnmiş sahəyə nazik təbəqə şəklində sutkada 1-2 dəfə sürtülür. Müalicə müddəti törədicinin növündən və infeksiyanın lokalizasiyasından asılı olaraq təyin edilir. Adətən 2-4 həftəyə xəstəliyin simptonları itir, amma tam sağalma və residivin baş verməməsi üçün müalicənin 4 həftə davam etdirilməsi məsləhətdir.

Şam: Həftədə 1 şam. Kurs müalicə 1-2 həftə.