/public/editor/elFinder/php/../files/images/medicine_images/VITAP.jpg
Share this:

Vitap GS


 

Tərkibi:

Hər kapsulun tərkibində:

 

A vitamini (Beta karoten)                  500 BV

B1 vitamini (Tiamin)                          5 mq

B2 vitamini (Riboflavin)                     5 mq

B3 vitamini (Niasinamid)                   45 mq

B5 vitamini (Pantoten turşusu)          5 mq

B6 vitamini (Piridoksin hidroxlorid)    2 mq

B9 vitamini (Fol turşusu)                   1 mq

B12 vitamini (Sianokobalamin)          5 mkq

C vitamini (Askorbin turşusu)            100 mq

E vitamini (Dl-alfa tokoferil asetat)    15 mq

D3 vitamini (Xolekalsiferol)               400 BV

Mis sulfat                                           0.25 mq

Kalsium trifosfat                                 51.7 mq

Dəmir fumarat                                      52 mq

Kalium yodid                                      0.11 mq

Maqnezium Oksid                               0.83 mq

Manqan sulfat                                      0.03 mq

Sink Sulfat                                               33 mq

Beta qlükan                                              50 mq

Jenşen ekstraktı                                       40 mq

 

 

 

Farmakoloji  xüsusiyyətləri: Vitap GS - kombinə olunmuş vitamin və mineral kompleksidir. Tərkibi jenşen, B qrupu vitaminləri, askorbin və nikotin turşusu, yağda həll olan vitaminlər və mikroelementlər ilə zənqindir. Vitaminlər və minerallar insan orqanizminin sağlamlığı, inkişafı üçün vacib həyati əhəmiyyət kəsb edir. Tərkbindəki kliniki tədqiqatlara müvafiq olaraq təsdiq olunmuş vitaminlər və mikroelementlərə görə Vitap-GS, orqanizm tərəfindən daha yaxşı mənimsənilir və daha effeklidir.

A vitamini orqanizmin inkişafı üçün vacibdir, gecə görmə qabiliyyətini təmin edir, həmçinin epiteliumun tamlığının saxlanmasında onun böyük əhəmiyyəti vardır.

Jenşen kökünün tərkibinə efir yağları, pektinlər, karbohidratlar, qlikozidlər (panoksozidlər A və B, panaksin, panakvinol), saponinlər, peptidlər, həmçinin digər maddələr daxildir. Dəqiq aydın olmuşdur ki, jenşen kökü maddələr mübadiləsinin normallaşması və sürətlənməsi ücün ən əlverişli, həmçinin, təbii qeyri-spesifik stimuləedici təsirə malikdir; orqanizmin immun sistemini gücləndirir, fiziki gərginliyə qarşı dözümlülüyünü və iş qabiliyyətini artırır, keçirilmiş xəstəliklərdən sonra sağalmanı tezləşdirir. Adaptogen təsirə malikdir. Asteniya, nevrasteniya, infeksion xəstəliklər zamanı bədən müqavimətinin zəifləməsi, o cümlədən nevrasteniya fonunda yaranmış funksional cinsiyyət pozğunluqları zamanı istifadə olunur.  Bundan əlavə, şəkərli diabet zamanı  jenşendən istifadə qanda şəkərin miqdarının azalması ilə müşayiət olunur.

B1 vitamininin çatışmazlığı zamanı orqanizmdə, xüsusən baş beyin toxumasında, sinir sistemi üçün zərərli olan piroüzüm turşusunun parçalanması baş vermir. Buna görə də piroüzüm turşusu sinir toxumasında yığılır və nəticədə ifliclər yaranır. Eyni zamanda su mübadiləsinin və həzm sistemi fəaliyyətinin pozulması baş verir.

B2 vitamini oksidləşmə prosesində iştirak edən ''sarı’’ fermentlərin flavoproteidlərin kofermentidir. Orqanizmdə çatışmadıqda göz xəstəliyi katarakta yaranır. Bu zaman əmələ gələn ikinci dərəcəli əlamətlərdən, selikli qişanın rənginin dəyişməsini, dərinin zədələnməsini, ağız boşluğunda və qida borusunda yaraların əmələ gəlməsini əzələlərin tetaniki təqəllüsünü və s. göstərmək olar.

B3 vitamini oksidləşmə-reduksiya proseslərində iştirak edir, damar genişləndirici xüsusiyyətə malikdir, toxuma tənəffüsündə, karbohidrat və zülal mübadilələrində iştirak edir, mədə şirəsi ifrazını yaxşılaşdırır. Bundan əlavə, B1 və B3 vitaminləri iştahı artırır.

B5 vitamini həzm və sinir sisteminin funksiyalarının requlyasiyasında iştirak edir, maddələr mübadiləsi fermentlərinin tərkibinə daxildir, böyrəküstü vəzi hormonlarının, D vitamininin, amin turşularının, xolesterinin və eritrositlərin əmələ gəlməsində rolu vardır.

B6 vitamini orqanizmdə çatışmadıqda pellaqra xəstəliyi, tüklərin tökülməsi,dermatitlər yaranır.

B9 vitamini (fol turşusunun) çatışmazlığı zamanı anemiya (qanazlığı) inkişaf edir. Bu anemiya növü zamanı eritrositlərin (qan hüceyrələri) sayı azalır, onların funksiyası pozulur. Əgər bu defisit  vaxtında təshih olunmasa, iştahanın pozulması, əsəbilik, yorğunluq, saçların tökülməsi, dəri problemləri, ishal və s. kimi simptomlar meydana çıxır.

B12 vitamini və dəmir eritropoezin getməsi və qırmızı qan hüceyrələrinin yetişməsi üçün əvəzedilməz maddələrdir.

C vitamini birləşdirici toxumanın formalaşmasını və fəaliyyətini stimulə edir, həmçinin orqanizmin müqavimətini artırır.

D3 vitamini və kalsium raxitin qarşısının alınması, həmçinin sümük və dişlərin formalaşması üçün əvəzedilməz maddələrdir.

Sink orqanizmin normal böyüməsi və cinsi yetişməsi üçün zəruri olan elementdir, həmçinin yaraların sağalmasında vacib rol oynayır.

Dəmir elementinin əsas hissəsi zülallarla birləşərək xelatlar əmələ gətirir. Onlardan əsası eritrositlərin tərkibinə daxil olunan və orqanizmin qaz mübadiləsində, bilabasitə iştirak edən hemoqlobindir. Dəmir birləşmələri immun sisteminin fəaliyyətində mühüm rol oynayır. Dəmir çatışmazlığının ən bariz forması dəmir defisitli anemiyalalardır.

Manqan bir çox metabolik proseslərdə, o cümlədən qaraciyərdə və digər üzvlərdə müşahidə olunan ammoniakın oksidləşməsi prosesində iştirak edən fermentlərin aktivləşməsində iştirak edir.

Mis insan üçün cox vacib mikroelementdir. Bu element hemoqlobinin və mitoxondrilərin tənəffüs halqasının terminal fermenti olan sitoxromoksidazanın strukturuna daxil olduğundan, onların biosintezində, orqanizmin böyümə prosesində, sinir sisteminin, qantörədici və cinsiyyət üzvlərinin fəaliyyətində iştirak edir. Kreatin adlı maddənin orqanizmdə əmələ gəlməsi prosesində iştirak etməklə mis elementi insanda dəri epidermisinin və saçların inkişafına müsbət təsir göstərir.

 

Göstərişləri:

  • Vitamin və mineraıl çatışmazlığı;
  • Xroniki fiziki və zehni yorğunluq, əmək qabiliyyətinin azalması
  • Iştahsızlıq, distrofiya, zəiflik, zehni yorğunluq kimi hallar zamanı;
  • İmmun zəiflik, xəstəliklərin kəskin və xəstəlikdən sonrakı bərpa dövründə immuniteti qaldırmaq məqsədilə;
  • Xroniki stress
  • Astenik sindrom, nevrasteniya, depressiya vəziyyətləri
  • Urək-damar sisteminin funksional xəstəlikləri, vegetetativ-damar distoniyası, hipotoniya
  • Xroniki gastrit, mədənin sekretor funksiyasının zəiflənməsi, az məninsənilmə sindromu və bu kimi digər xəstəliklər, mədə-bağırsaq sisteminin dismotorikası, qəbizlik zamanı
  • Cinsi potensiyanı saxlamaq məqsədilə, cinsi vəzilərin fəallığının zəifləməsi nəticəsində yaranan sonsuzluq
  • Beyin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə (diqqətin, yaddaşın pozulması)
  • Xroniki xəstəliklərdə ümumi möhkəmləndirici vasitə kimi (vərəm)
  • Cərrahi əməliyyatdan sonrakı bərpa dövrü
  • Onkoloji xəstəliklərin profilaktikası məqsədi ilə.

Əks göstərişləri:

Hamiləlik, laktasiya dövrü, onkoloji xəstəliklər, bədxassəli hipertoniya, 16  yaşa qədər uşaqlar.

İstifadə qaydası və dozalanması:

1 kapsul gündə 1 dəfə.

Buraxılış forması:

Yumşaq jelatin kapsul N30

İstehsalçı:

Vefa İlaç San. ve Tic. Ltd. Şti.