/public/editor/elFinder/php/../files/images/medicine_images/ursovef.jpg
Share this:

Ursovef


 Tərkibi:

Ursodezoksixol turşusu  500 mq, 750 mq

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası

İnsan ödündə az miqdarda Ursodezoksixol turşusuna rast gəlinir. Ursodezoksixol  turşusu hepatositlərin və xolangiositlərin membranını stabilləşdirərək birbaşa

sitoprotektiv təsir göstərir. Preparatın öd turşularının mədə-bağırsaq sirkulyasiyasına təsiri nəticəsində hidrofob (potensial toksik olan) turşuların miqdarı azalır. Xolesterinin bağırsaqdan sorulmasını azaltması və digər biokimyəvi təsirlər hesabına hipoxolesterinemik təsir göstərir. Zəhərli öd turşularının səbəb olduğu hüceyrə ölümünün qarşısını alır.

Farmakokinetikası

Sorulması: Ursodezoksixol turşusu daxilə qəbul olunduqdan sonra nazik bağırsaqdan və qalça bağırsağın yuxarı hissəsindən passiv transport yolu ilə, qalça bağırsağın terminal hissəsindən isə aktiv transport yolu ilə sürətlə sorulur. Qəbul olunmuş dozanın təqribən 60-80%-i sorulur. Paylanması: Sorulduqdan sonra ursodezoksixol turşusunun demək olar ki bütövlüklə qlisin və taurin aminturşuları ilə birləşir və ödlə ifraz olunur. Biotransformasiyası: Ursodezoksixol turşusu bağırsaq bakteriyalarının hissəvi katabolizmi nəticəsində 7-ketoxol və litoxol turşusuna çevrilir. Litoxol turşusu qaraciyər üçün toksik bir turşudur və bəzi heyvanlarda parenxima zədələnməsinə səbəb olur. Eliminasiyası: Nəcislə ifraz olunur.Ursodezoksixol turşusunun bioloji yarımparçalanma dövrü 3,5-5,8 gün arasıdır.

 

İstifadəsinə göstərişlər:

  • Öd kisəsinin xolesterin öd daşlarının əridilməsində və əmələ gəlməsinin qarşısının alınmasında. Öd daşlarının diametri 15mm-dən böyük olmamalıdır və rentgen şüaları ilə görünməməlidir;
  • Biliar reflüks-gastrit xəstəliyinin müalicəsində;
  • Dekompensasiya olmayan ilkin biliar sirroz (birincili biliar sirrozPBS) xəstəliyinin simptomatik müalicəsində;
  • Müxtəlif mənşəli xroniki hepatitlər;
  • Birincili sklerozlaşdırıcı xolangitlər; mukovissidozlar (kistik fibroz);
  • Qaraciyərin toksik zədələnmələri, həmçinin kəskin və xroniki alkoqol zəhərlənmələri;
  • Xolestazla müşayiət olunan qaraciyər xəstəlikləri; qaraciyərdaxili öd yollarının atreziyası;
  • Qeyri-alkoqol mənşəli steatohepatitlər;
  • Öd yollarının diskineziyası;
  • Parenteral qidalanmada olan və həmçinin qaraciyər transplantasiyası əməliyatı keçirmiş xəstələrdə öd durğunluğunu aradan qaldırmaq üçün;
  • Xolestatik effektli dərman preparatlarının və hormonal kontraseptivlərin qəbulu zamanı qaraciyər zədələnmələrinin profilaktikası üçün. 
  •  
  • İstifadə qaydası və dozası:
  • Hər gecə yatmadan əvvəl 1 tablet URSOVEF 750 mq örtüklü tablet bir az su ilə çeynənilmədən udulmalıdır. Müalicə müddətinə xəstənin klinik vəziyyətinə görə həkim qərar verməlidir. Uşaqlarda və yaşlılarda istifadəsi  URSOVEF istifadəsi üçün yaş məhdudiyyəti yoxdur. URSOVEF istifadəsi bədən kütləsinə və xəstənin vəziyyətinə bağlıdır.

 

Buraxılış forması: 

10 tablet, blisterdə. 3 blister (30 tablet) içlik vərəqə ilə birgə karton qutuya qablaşdırılır.

 

İstehsalçı: 

Vefa İlaç San. ve Tic. Ltd. Şti

Qeydiyyat vəsiqəsi: №16-00522 29.12.2016