/public/editor/elFinder/php/../files/images/medicine_images/tulozin.jpg
Share this:

Tulozin


Tərkibi: 0,4 mq tamsulozin-hidroxlorid vardır.

Farmakoloji xüsusiyyətləri:

Tulozin preparatın təsiredici maddəsi – tamsulozin, alfa-1-adrenoreseptorların blokatorları adlanan dərman qrupuna aiddir. O, prostat vəzinin və sidik kanalının saya əzələlərinin gərginliyini azaldaraq sidik kisəsinin boşalmasına səbəb olur və sidiyin xaric olmasını yüngülləşdirir.

İstifadəsinə göstərişlər:

Prostat vəzinin xoşxassəli hiperplaziyası simptomlarını (gecə və gündüz tez-tez sidik ifrazı, sidik ifrazının çətinləşməsi və s.) aradan qaldırmaq üçün.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Əgər, siz yaxın günlərdə hansı bir dərman vasitəsini qəbul etmisinizsə və ya hal-hazırda qəbul edirsinizsə (hətta reseptsiz buraxılan dərman vasitəsi ), o zaman bu haqda həkimə və ya əczaçıya məlumat verin, çünki dərman vasitələri bir birinin effektini dəyişdirə bilər.

Tamsulozin preparatının digər adrenoblokatorlarla və ya digər hipotenziv preparatlarla birgə qəbulu zamanı arterial təzyiq kəskin şəkildə aşağı düşə bilər.

İstifadə qaydası və dozası:

Gündə 1 dəfə 0,4 mq (1 kapsul) daxilə qəbul olunur. Kapsul yeməkdən 30 dəqiqə sonra ½ stəkan su ilə bütöv şəkildə qəbul olunur; kapsulu çeynəmək, bölmək, açmaq olmaz, çünki bu preparatın effektinə təsir göstərə bilər.

Tamsulozinin adi gündəlik dozası 0,4 mq (1 kapsul) təşkil edir. Preparatın xüsusiyyətlərinə görə dozanın fərdi təyin olunmasına ehtiyac yoxdur.

Tulozin preparatı uzunmüddətli təsir göstərdiyi üçün gündə yalnız 1 dəfə qəbul olunur.

Müalicənin müddətini həkim təyin edir. Preparatın qəbulunu özbaşına ləğv etmək olmaz!

Tulozin preparatı yalnız böyüklərə (kişi cinsi) təyin edilir. Əgər, siz Tulozin preparatının növbəti dozasının qəbulunu unutmusunuzsa, o zaman unudulmiş kapsulu mümkün qədər tez bir vaxtda qəbul edin, sonra isə preparatın istifadəsini həkimin göstərişi üzrə davam edin. Lakin, əgər növbəti dozanın qəbuluna 12 saatdan az qalarsa, unudulmuş doza qəbul olunmur və preparatın istifadəsi adi sxem üzrə davam etdirilir. Preparatın dozasını iki dəfə artırmaq olmaz, çünki belə hallarda doza həddinin aşılması simptomları əmələ gələ bilər.

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə və digər alfa-1-adrenoblokatorlara qarşı allergik reaksiya.

Ehtiyatla:

-böyrək və ağır qaraciyər çatışmazlığı;

-ortostatik hipotenziya zamanı başgicəllənmə və ya bayılma.

Preparatın istifadəsindən əvvəl yuxarıda göstərilən hallar haqqında həkimə məlumat vermək lazımdır.

Əlavə təsirləri:

Preparat tövsiyə olunan dozalarda istifadə olunduqda orqanizm tərəfindən yaxşı qəbul edilir. Lakin, preparatın qəbulu zamanı əlavə təsirlər meydana çıxa bilər.

Buraxılış forması:

Təsiredici maddəsi tədricən azad olunan 10 kapsul, blisterlərdə. 1 və ya 3 blister

(10 və ya 30 kapsul) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

İstehsalçı:

EQİS ƏCZAÇILIQ ZAVODU ASC

 

Qeydiyyat vəsiqəsi: №14-00164 11.03.2014