/public/editor/elFinder/php/../files/images/medicine_images/triocef 0,5.jpg
Share this:

Triocef 0.5 q


Tərkibi:

Seftriakson 0.5 q

Farmakoloji təsiri:

TRİOCEF® III nəsil sefalosporin qrupuna aid olan antibiotikdir.Geniş spektrə malikdir – qrammüsbət aeroblar: Staphylococcus aureus, Staphylococcus epidermidis, Streptococcus pneumonia, A qrupundan olan betta – hemolitik streptokokklar (S.pyogenes), B qrupu streptokokkları (S.Agalactiae, S.viridans), D qrupundan olan qeyri – enterokokk streptokokkları; - qrammmənfi aeroblar: Aeromonas spp., Alcaligenes spp., Branhamella catarhalis (beta – laktamaz yaradanlar və yaratmayanlar), Citrobacter spp., Enterobacter spp., Escherichia coli, Haemophilus influenzae, Haemophilus ducreyi, Haemophilus parainfluenzae, Klebsiella spp. (Klebsiella pneumonia daxil olmaqla), Moraxella spp., Morganella morganii, Neisseria gonorrhoeae, Neisseria miningitidis, Proteus mirabilis, Proteus vulgaris, Providencia spp., Salmonella spp., Salmonella typhi, Serratia spp., Shigella spp., Vibrio spp., Vibrio cholera, Yersinia spp., Yersinia enterocolitica, Pseudomonas aeruginoza-nın bəzi ştammları.- anaeroblar: in vitro Bacteroides spp., Bacteroides fragilis-ın bəzi ştammları, Clostridium spp., Fusobacterium. Preparata qarşı.Staphilococcus spp. – metisillinə rezistent ştammları, Enterococcus spp – nin bəzi ştammları, D qrupu Streptococcus spp., Bacteroides spp – nin laktamaz produksiya edən bir çox ştammları davamlı ola bilər.

Farmakokinetika:

Mənimsənilmə: Əzələ daxilinə 1q preparatı yeritdikdən sonra 2-3.5 saata plazmada maksimal konsentrasiya toplayır – 81mq\l.

Paylaşma: 1 – 2q seftriaksonu yeritdikdən sonra orqanizmin müxtəlif orqanlarına və mayelərinə (ağciyərlərə, ürəyə, öd yollarına, qaraciyərə, badamcıqlara, orta qulağa və burunun selikli qişasına, sümüklərə, həmçinin, onurğa beyni mayesinə, plevral və sinovial mayelərə. prostat vəzisinin şirəsinə) yaxşı keçir.Vena daxilinə vurulandan sonra seftriakson tez bir zamanda onurğa beyni mayesinə keçir və burada həssas olan mikroorqanizmlərə qarşı bakterisid konsentrasiyada toplanaraq 24 saat ərzində optimal konsentrasiyada qalır.

Zülallarla birləşməsi: zülallarla birləşməsi 95% təşkil edir.

Müxtəlif orqanlara keçmə qabiliyyəti: Vena daxilinə uşaqlara, həmçinin, yenidoğulmuşlara hər kq çəkiyə 50 – 100mq olmaq şərti ilə yeritdikdən sonra onurğa beyni mayesində 1.4mq\l konsentrasiyada toplanır.Meningitli böyük xəstələrdə hər kq çəkiyə 50mq dozada yeridilmə zaman 2 – 24 saatdan sonra seftriakson onurğa beynin mayesində meningitin müxtəlif törədicilərinə qarşı minimal ingibəedici konsentrasiyadan çox konsentrasiyada toplanır. Fetoplasentar səddi az miqdarda keçir və ana südündə cüzi konsentrasiyada toplanır.

Metabolizm: Sistem metabolizmə uğramır, bağırsaq florası tərıfindən qeyri aktiv metabolitlərə çevrilir.

Xaric olunması: 50 – 60% - sidiklə, 40 – 50% - i isə ödlə dəyişilməmiş şəkildə xaric olunur.

Yarımparçalanma müddəti 8-12 saatdır.

 

Göstərişləri:

  • Yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri;
  • Aşağı tənəffüs yollarının infeksion xəstəlikləri;
  • Dəri və dərialtı toxumanın xəstəlikləri;
  • Irinli yara infeksiyaları;
  • Sümük və oynaqların infeksion xəstəlikləri;
  • Sidik çıxarıcı yolların infeksion xəstəlikləri;
  • Qarın boşluğu orqanlarının infeksion xəstəlikləri;
  • Sepsis; meningit;
  • Immunitetin zəifləməsi ilə müşahidə olunan infeksion xəstəliklər;
  • Cərrahi əməliyyatdan sonrakı fəsadların profilaktikasında əməliyyatdan əvvəl və sonrakı dövrdə.

 

Əks göstərişləri:

Seftriaksona və digər sefalosporinlərə qarşı həssaslıq olduqda.

 

Əlavə təsiri:

dəri səpgiləri, allergik reaksiya

 

Dozalanma rejimi:

Yenidoğulmuşlar (2həftəyədək) üçün doza: hər kq çəkiyə 50mq-dan artıq olmamalıdır.

Südəmər və kiçik yaşlı uşaqlar (3 həftədən 12yaşa qədər) üçün doza: hər kq çəkiyə 20-80 mq sutkada 1 dəfə.

 

Buraxılış forması:

Triocef® 0.5 q 2ml 1% lidocaine HCl

 

Istehsalçı:

Deva, Türkiyə

Qeydiyyat vəsiqəsi: №13-00574 27.06.2013