/public/editor/elFinder/php/../files/images/medicine_images/refcon3.jpg
Share this:

Refcon Double Action


                                                                                                    

Tərkibi:

10 ml  dozanın  tərkibində:

Natrium  alginat       500 mq

Natrium bikarbonat   213 mq  

Kalsium  karbonat     325 mq  

 

Farmakoloji  xüsusiyyətləri:

Preparat  tərkibcə  iki  antasid  maddə  ilə  bir  alginatın  kombinasiyasından  ibarətdir. Dərmanın  təsiri  tamamilə  fiziki  təsirdir.  REFKON  DABL  AKŞN  qəbul  edildikdən  sonra  mədə  turşusu  ilə  reaksiyaya  girir. Bu reaksiya  nəticəsində  mədə  turşusunun  neytrallaşması  baş  verir, neytral  pH-a  malik  gel yaranır. Beləliklə, bu gel mexaniki baryer funksiyasını yerinə yetirərək mədə reflüksunu azaldır.Ciddi vəziyyətlərdə (requrgitasiya zamanı) gel qida borusuna keçir və qıcıqlanmış selikli qişanı qoruyaraq iltihabın kəskinləşməsinin qarşısını alır. REFKON DABL AKŞN mədə turşuluğunu azaltmaqla reflüksün qarşısını alır.

 

İstifadəsinə  göstərişlər:

-qastroezofageal reflüks və mədə turşuluğunun artması ilə bağlı dispeptik vəziyyətlərin simptomatik müalicəsi.

-diafraqmanın qida borusu yırtıği(hiatal yırtıq).

-səbəbi reklüks olan bütün epiqastrik və retrostenal vəziyyətlərdə.

-qida qəbulundan sonra mədədə ağırlıq hissi zamanı.  

 

Əks göstərişlər:

Preparatın  komponentlərindən  hər  hansı  birinə  qarşı  yüksək  həssaslıq.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Hamiləlik  və  laktasiya  dövründə  REFKON DABL AKŞN  istifadə  edilə  bilər.

 

İstifadə qaydası və dozası:

Refcon Double action  daxilə, yeməkdən sonra və gecə yatmazdan əvvəl qəbul olunur.

12 yaşdan böyük uşaqlar və böyüklər:  5-10 ml-dən gündə 3-4 dəfə, yeməkdən 30 dəq sonra və yatmazdan 30 dəq əvvəl qəbul olunur.

     12 yaşdan kiçik uşaqlar həkim məsləhəti ilə qəbul etməlidirlər.

      Yaşlılarda doza korreksiyasına ehtiyac yoxdur.

      Qəbul olunacaq doza eyni miqdarda (artıq olmamalıdır) su ilə qarışdırlıb içilə bilər.

 

 

Buraxılış forması

200 ml  preparat, şüşə flakonda.

 

İstehsalçı

Vefa İlac San. ve Tic. Ltd. Sti., Türkiyə.

Qeydiyyat vəsiqəsi: № 17-00243 10.05.2017