/public/editor/kcfinder/upload/images/medicine_images/Redom.jpg
Share this:

RedOM


RedOM

                                                                 

Tərkibi:

(2 yumşaq jelatin kapsulun tərkibində)

Fosfolipidlər – 360 mg

Xolin -76 mq

Omega3 – 260 mg (EPA -125 mg, DHA – 62 mg)

Astaksantin – 200 mkq

 

Farmakoloji xüsusiyyətləri:

RedOM antarktika krillindən (Euphausia superba) alınmış xüsusi yağdır. Krill yağında Omeqa3 yağ turşuları triqliserid deyil, fosfolipid formasında olduğundan krill yağının orqanizm tərəfindən mənimsənilməsi 98 %-dir. Krill yağı balıq yağından daha effektlidir. Krill yağının həzmində öd iştirak etmir. Omeqa 3 tərkibində olan doymamış yağ turşularının eykozapentaen (EPT) və dokozaheksaen (DHT) insan orqanizmi üçün çox böyük əhəmiyyəti vardır. Onlar baş beyinin normal funksional fəallığı üçün vacib olan fosfatidilserin kimi mediatorların əmələ gəlməsində iştirak edirlər. Eyni zamanda EPT və DHT hüceyrə membranının əsas hissələrindəndir. Onlar sinir liflərinin miyelinləşməsində, diqqət və yaddaş kimi koqnitiv funksiyaların artmasında iştirak edir.

Piy və yağlardan fərqli olaraq.fosfolipidlərin əsas hissəsi huceyrə membranlarının strukturuna daxil olur,onların yalnız cüzi hissəsi ehtiyyat üçün toplanır.Fosfolipidlər membranların bütövlüyunü təmin edərək,onların  funksiyasını yaxşılaşdırır:

Hüceyrə metabolizmini yaxşılaşdırır.Eyni zamanda fosfolipidlər möhkəm yaddaş üçün vacibdir.

Astaksantın krillə qırmızı rəng verən karotinoiddir, güclü antioksidantdır, dünyada ən güclü iltihabəleyhinə maddələrdən biridir, xərçəng əleyhinə təsirə malikdir, immun sistemi güçləndirir, HEB keçir və sinr sisteminə qoruyucu təsir göstərir.

Krill yağının tərkibində olan xolin qaraciyərin normal fəaliyyəti üçün vacibdir. Asetilxolin üçün gərəkli bir malekuldur. Bağırsaqlardan asan sorulur.Hamiləlik dövründə xolin əksikliyi körpədə ürək çatışmazlığı riski yaradır.

Omeqa-3-ün hipoxolesterinemik, vazodilatasion, trombolitik təsirləri vardır. Ion kanallarının fəaliyyətini yaxşılaşdırır, ürəyin ritm pozulmalarının əmələ gəlməsinin qarşısını alır. Omeqa 3 iltihabəleyhinə təsir göstərir (antiinfilamator eykozanoidlərin-prostoqlandin E3, leykotrien B5, rezolvinlər sayəsində). Omeqa 3 sümük patologiyalarının əmələ gəlməsini əngəlləyir, oynaq-bağ aparatının elastikliyini artırır, oynaqdaxili mayenin və qığırdağın elastiklik xüsusiyyətlərini artırır.   

 

İstifadəsinə göstərişlər:

  • Ürək-damar xəstiləklərinin profilaktikası və kompleks müalicəsi;
  • Sinir sistemi xəstəlikləri;
  • Emosional balansın pozulmaları;
  • Fiziki və əqli işlə yüklənmə zamanı;
  • Koqnitiv funksiyaların (yaddaş) zəifləməsində;
  • İmmunitetin zəifləməsi.
  • PMS,dismenoreya;
  • Klimakterik dövr;
  • Hamiləlik və laktasiya dövründə körpənin normal inkişafı üçün;

 

 

İstifadə qaydası və dozası:

1-2 kapsul səhər yeməyindən sonra.

 

Əlavə təsirləri:

Nadir hallarda allergik reaksiyalara səbəb ola bilər.

 

Əks göstərişlər:

Preparatın tərkibinə daxil olan hər-hansı komponentə qarşı hiperhəssaslığın olması.

 

Buraxılış forması:

N30 yumşaq jelatin kapsul

 

İstehsalçı: VEFA İlaç San. və Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.