/public/editor/kcfinder/upload/images/medicine_images/prostokaps.jpg
Share this:

Prostakaps


Prostakaps

 

Tərkibi:

Hər yumşaq gel kapsulun tərkibinə daxildir:

Cırtdan palma (Saw palmetto) ekstraktı             300,0 mq

Likopin (pomidor ekstraktı)                               500,0 mkq

Gicitkən ekstraktı                                                  62,5 mq

Ayı gulağı ekstraktı                                                12,5 mq

Balqabaq toxumlarının yağı                                300,0 mq

Sink                                                                             10,3 mq

Selen                                                                     103 mkq

 

Farmakoloji qrupu:

Prostatotrop, antiandrogen, iltihabəleyhinə, antioksidant.

 

Farmakoloji təsiri:

Prostakaps preparatının tərkibinə daxil olan bütün komponentlər prostat vəzinin bir çox problemlərinin arаdan qalxmasına kömək edir.

Cırtdan palma - dehidrotestestronun sintezini (1və 2 tipli 5-alfa reduкtaza fermentini blokаdа еdir) və onun sitozol reseptorlarına fiksasiyasını tormozlayır. Prostatın hipertrofiyasının qarşısını alır. Həmçinin prostaqlandinlərin və leykotrienlərin yerli sintezini tormozlayaraq iltihabəleyhinə təsir göstərir.

Likopin - güclü antioksidant olub, prostat vəzisini sərbəst radikalların zərərli təsirindən qoruyur.

Gicitkən - kişi cinsi hormonlarının metabolizmini normallaşdırır, proliferasiyanı azaldır, sidikqovucu effekt göstərir.

Balqabaq toxumları yağının təsiri nəticəsində vəzinin sekreti lazımi özlülük alır, spermatozoidlərin hərəkətliliyi artır.

Ayı qulağı - sidikqovucu və antiseptik təsir göstərir.

Sink - kişi orqanizmində toxum kanallarında spermatozoidlərin əmələ gəlməsini aktivləşdirən xüsusi hormonun, o cümlədən testosteronun sintezində iştirak edir.

Selen spermatozoidlərə qoruyucu təsir göstərir, onların hərəkətliliyini stimullaşdırır.

 

Göstərişləri:

- prostat vəzinin hiperplaziyası (I və II dərəcə);

- prostatit;

- sistit;

- uretrit;

- hormonal pozğunluqlar;

- libidonun zəifləməsi.

 

Əks göstərişləri:

Prostat vəzinin bədxassəli şişləri, preparatın hər hansı bir komponentinə qarşı fərdi həssaslıq.

 

Dozalanması və qəbul qaydası:

1 kapsuldan gündə 2 dəfə yeməkdən sonra və ya yemək zamanı. Qəbul müddəti 30 gündən az olmamalıdır.

 

Buraxılış forması:

Кapsul № 30

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.