/public/editor/elFinder/php/../files/images/medicine_images/primavir.jpg
Share this:

Primavir


Tərkibi:

Oksodihidroakridinilasetat natrium - 250 mq

Farmakoterapevtik qrupu:

İmmun sisteminin tənzimləyicisi, immunomodulyator

Farmakodinamikası:

Preparat RNT və DNT-quruluşlu viruslara virusid təsir göstərir. Xlamidiya əleyhinə güclü təsirə malilkdir. Primavir alfa, beta və qamma tipli endogen interferonlarln, əsasən alfa-interferonun titrini yüksəldir. Nəticədə orqanizmdə törədicilərin və zədələnmiş hüceyrələrin məhv olması və bədəndən xaric olması üçün müxtəlif immun reaksiyalar aktivləşir. İnterferon ifraz edən hüceyrələrin fəaliyyətinin yüksəlməsi təkrarən endogen interferonun ifrazını sürətləndirir ki, bu da öz növbəsində preparatın qəbulu dayandlrıldıqdan sonra belə öz təsirini saxlayır. Primavir əsas qanyaradıcı hüceyrələri aktivləşdirir, T-limfositlərin subpopulyasiya balansını normallaşdırır və immun sistemə effektor stimullaşdırıcı təsir göstərir. Primavir makrofaqların və polimorf nüvəli leykositlərin  miqrasiyasını və faqositar aktivliyini yüksəldərək onların, funksional aktivliyini stimullaşdırır. Primavir patoloji toxumanın inkişafını korreksiya edir: NK-hüceyrələrini aktivləşdirir, sitotoksikliyin bütün formalarını gücləndirir, hüceyrələrin adgezivliyini bərpa edir, onların proliferativ və metastatik aktivliyini aşağı salır.

Farmakokinetikası:

 Primavirin biomənimsənilməsi 90%-dən yüksək olur. Primavir 100-500 mq yeridildikdən sonra plazmada maksimal konsentrasiyaya 15-30 dəqiqədən sonra çatır. Primavir orqanizmdən böyrəklərlə, əsasən dəyişilməmiş şəkildə, metabolizmə uğramadan, yarımparşalanma müddəti 1 saat olmaqla xaric olunur. Primavir yeridilməsindən 15-30 dəqiqə sonra plazmada plazma interferonun titri yüksəlir. 24 saatdan sonra plazma interferonun konsentrasiyası yüksək vəziyyətdə qalir və yeridildikdən 46-48 saat sonra normaya düşür.

İstifadəsinə göstərişlər:

  • Sidik-cinsiyyət sisteminin iltihabi infeksion xəstəlikləri (xlamidiya və trixomonada etiologiyalı uretrit, xlamidiyalı prostatit, ureaplazmoz, mikoplazmoz, kəskin və xroniki salpinqooforit, endometrit, endoservisit);
  • Kəskin və xroniki prostatitlər, prostat vəzin adenoması
  • Cərrahi əməliyyatdan sonrakı dövrdə irinli-septiki ağrılaşmalar
  • Xroniki residivləşən herpes infeksiyası, papillomavirus infeksiyası

Əks göstərişlər: Preparata qarşı yüksək həssaslıq. Böyrək çatışmazlığında (kreatinin klirensi 30 ml/dяq.). Autoimmun xəstəliklər. Hamiləlik və laktasiya dövrü, uşaq yaşları. Ahıl yaşlarda ehtiyatla təyin olunmalıdır.

İstifadə qaydası və dozası:

İnyeksiya üçün məhlul əzələ daxilinə yeridilir, birdəfəlik terapevtik doza 250 mq (1 ampul) və yaxud hər kiloqram çəkiyə  4-6 mq təşkil edir. Lazım olarsa Primavirin birdəfəlik dozaı 500 mq-dək artırıla bilər. Müalicə kursu 250 mq Primavirlə 5-7 əzələdaxili inyeksiyadan ibarətdir, 48 saat fasilə ilə. Kurs dozası xəstliyin klinikasından asılıdır. Kursun müddəti 8-12 gündür. Profilaktik doza 250 mq (1 ampul)  və yaxud 4-6 mq/kq təşkil edir. Uzun müddət təyin olunduqda inyeksiyalararası fasilə 3-7 günədək uzadılmalıdır. QİÇS xəstəliyində Primavir digər spesifik virus əleyhinə preparatlarla birlikdə istifadə olunur. Müalicə kursu 250 mq preparatla 10 inyeksiyadan ibarətdir, inyeksiyaarası fasilə 48 saat təşkil edir. Kursdan sonra iki aylıq fasilə təyin olunur. Müalicə kursu təkrar edilə bilər.

Əlavə təsirləri:

Subfebril qızdırma, allergik reaksiyalar. Lokal, inyeksiyanın yerində ağrı. Primavir yerli keyləşdirici preparatlarla birlikdə yeridilə bilər.

Buraxılış forması:

Əzələdaxili istifadə üçün məhlul-250 mq/2 ml  5 ampul.

Qeydiyyat vesiqəsi: №18-00350  13.06.2018