/public/editor/kcfinder/upload/images/medicine_images/pregnom.jpg
Share this:

Pregnom


Tərkibi:

1 yumşaq jelatin kapsulun tərkibində:

Omeqa3                                                  236,52 mq

DHA                                                              85 mq 

B9 vitamini  (fol turşusu)                        400 mkq

B1 vitamini (tiamin hidroxlorid)                1,4 mq

B2 vitamini  (riboflavin)                             1,4 mq

B3 vitamini  (niasinamid)                           16 mq

B5 vitamini  (kalsium d-pantotenat)            6 mq

B6 vitamini  (piridoksin hidroxlorid)       1,8 mq

B7 vitamini  (biotin)                              0,035 mq

B12 vitamini  (siankobalamin)               2,5 mkq

C vitamin (askorbinturşusu)                    50 mq

D3 vitamini  (xolekalsiferol)                     5 mkq

Sink (sink sulfat monohidrat)                  10 mq

Dəmir (dəmir fumarat)                            17 mq

Yod  (kalium yodid)                                 0,2 mq

Selen (natrium selenit)                           55 mkq

 

Farmakoterapevtik qrupu:

Omeqa 3-lə kombinə olunmuş polivitamin-mineral kompleks.

 

Farmakoloji xüsusiyyətləri:

PREGNOM Omeqa3–lə kombinə olunmuş vitamin- mineral kompleksdir. Preparatın tərkibinə daxil olan komponentlərin dozası hamiləlik və laktasiya dövründə qida rasionu üçün tövsiyyə olunan dozalara uyğundur. Preparatın farmokoloji xüsusiyyətləri tərkibinə daxil olan komponenetlərə əsaslanır. Pregnom həmçinin hamiləliyin normal gedişi ücün lazım olan vitamin mineral təlabatını ödəyir. Omeqa3 hamiləlikdə çox vacibdir belə ki, ana hamiləlikdə və əmizdirmə müddətində kifayət miqdarda Omeqa 3 alarsa, körpənin beyni və görmə bacarığı yaxşı inkişaf edər.

 İstifadəsinə göstərişlər:

  • Vitamin və mineral çatışmazlığı;
  • İştahsızlıq, distrofiya, zəiflik, zehni yorğunluq kimi hallar zamanı,həmçinin hamilələr və süd verən analar;
  • Hamiləliyin planlaşdırılması zamanı;
  • Hamiləlik və laktasiya dövründə vitamin və mineral çatışmazlığının müaliçə və profilaktikası;
  • Xəstəliklərin kəskin və xəstəlikdən sonrakı bərpa dövründə immuniteti qaldırmaq məqsədilə;
  • Tənəffüz yollarının infeksiyaları;
  • Yeniyetmə və intensiv böyümə dövrü;

İstifadə qaydası və dozası:

Bir kapsul gündə 1 dəfə səhər yeməkdən sonra qəbul olunur. Əgər ürək bulanma olarsa günorta və ya axşam qəbul oluna bilər.

Hamiləliyi planlaşdırarkən (mayalanmadan 1ay əvvəl), hamiləlik və laktasiya dövründə gündə 1kapsul yeməkdən sonra bir qədər su ilə daxilə qəbul etmək məsləhət görülür. Tətbiq etməzdən əvvəl həkimlə məsləhətləşin.

Əlavə təsirləri:

Əlavə təsirlərə adətən çox az hallarda rast gəlinir.

Əks göstərişlər:

Preparatın komponentlərinə fərdi yüksək həssaslıq

Buraxılış forması:

30 yumşaq jelatin kapsul.

İstehsalçı:

VEFA İlaç