/public/editor/kcfinder/upload/images/medicine_images/parvulex.jpg
Share this:

Parvulex


Parvulex

 

Tərkibi:       

Omega3         236,52 mq (DHA - 85mq)

B1 vitamini           1.4 mq    

B2 vitamini           1.4 mq                                               

B3 vitamini            16 mq     

B5  vitamini             6 mq 

B6  vitamini          1.8 mq   

B7 vitamini       0.035 mq

B9  vitamini          0.4 mq

B12 vitamini         2.5 mq

C  vitamini            50 mq

D3  vitamini            5 mq

Zn                          10mq

Fe                          17mq

Yod                       0.2mq

Se                          55mq

 

Farmakoloji təsiri:

Hamilələr  və südverən analar üçun kombinə olunmuş yağ əsaslı vitamin – mineral kompleksidir.

Parvulex tərkibində Omeqa-3, əvəzolumaz vitamin və mikroelementlər daxil edilmişdir. Hamiləlik  dövründə mikroelementlərin çatmamazlığı spontan abortlara,yarımçıq doğulmaya və dölün bir sıra inkişaf qüsurlarına səbəb olur. Bu səbəbdən Parvulex fizioloyi hamiləlik və sağlam dölün inkişafının  effektiv təminatçısıdır. Vitaminlər mübadilə prosseslərində biokatalizator kimi iştirak edirlər. Minerallarla birlikdə metabolizm prosesində vacib olan fermentlərin, hormonların,zülalların aktivləşməsini təmin edirlər. Əksər fermentlər mikroelementlərin çatmamazlığı şəraitində ümumiyyətlə qeyri-aktiv qalırlar. Hamilə qadın orqanizmi üçün omeqa-3 yağ turşuları vacibdir:

  • Vaxtından əvvəl doğuşlar və hamiləliyin tam başa çatdirilmaması profilaktika məqsədi ilə
  • Hamiləliyin gecikmiş toksikoz risklərini aşağı salmaq üçün
  • Omeqa-3 yağ turşuları hamilələrdə depressiyanın inkişafına mane olur

Vitamin C immun sistemi və iş qabiliyyətini gücləndirir, dəmirin mənimsənilməsini təmin edir,

D vitamini ilə birlikdə qığırdaq və sümük toxumasının formalaşmasını təmin edir. Anada C vitamini catmamzlığı hipotrofiyalı uşaqların doğulmasına səbəb olur. Suda həll olan vitamin olduğu ücün daima xaricdən orqanizmə yeridilməlidir.

Vitamin D3 (xolekalsiferol) osteogenez və sümüklərin mineralizasiyasında iştirak edir, ananın ürək-qan-damar sisteminin optimal fəaliyyətini təmin edir, doğulan uşaqlarda raxitin profilaktikasını təmin edir.

Vitamin B1 erkən toksikozların qarşısını alır.Nuklein turşularının,yağ turşularının sintezi ücün vacibdir.

Vitamin B2 toxuma tənəfüsündə birbaşa iştirak edir,qan yaranmanı təmin edir. Defisiti zamanı hamilələrdə güclü qusma müşahidə ediıir,yarımçıq doğulmaya, zahılarda isə laktasiyanın zəifləməsinə səbəb olur.

Vitamin B3 plasentar qan dövranını yaxşılaşdırır, hüceyrə tənəfüsünü və zülal sintezini təmin edən fermentlərin tərkibinə daxildir. Çatmamazlığı hamilələrdə qıcolmalara səbəb ola bilər.

Vitamin B5 hüceyrə strukturunun formalaşmasında birbaşa iştirak edir. Steroid hormonların və neyromediatorların sintezində mühüm rol oynayır.

Vitamin B7 (Biotin) bir sıra mübadilə proseslərini (zülal, yağ, karbohidrat) tənzimləyən fermentlərin tərkibində daxildir və yüksək aktivliyə malikdir. Biotin - ana və dölün sinir sisteminin, böyrəküstü və qalxanabənzər vəzinin fəaliyyətinə yardım edir. Kofaktor kimi bir çox fermentativ prosseslərdə iştirak edir.

Vitamin B6 eritrositlərin yetişməsini təmin edir. Bu vitaminin defisiti erkən toksikozun yaranma səbəblərindən biridir. Fol turşusu və B12 vitamini ilə birgə çatmamazlığı isə qanda homosisteinin səviyyəsinin artmasına şərait yaradır, bu isə növbəsində gecikmiş toksikoza start verir və ölü doğulmalara səbəb olur.

Vitamin B12 qanyaranma proseslərində iştirak edir və eritrositlərin normal yetişməsini təmin edir.

Fol turşusu müxtəlif fermentativ reaksiyalarda koferment şəklində iştirak edir, nuklein turşuların komponenti olan purin və pirimidin əsasların biosintezi və amin turşuların mübadiləsində mühüm rol oynayır. Həmçinin, qanyaranma və embriogenez proseslərində iştirak edir.

Yod qalxanbənzər vəzinin normal funksiyasını təmin edir. Hamilə qadınlarda yod çatışmazlığı uşaqda fiziki inkişafdan geriqalmaya səbəb ola bilər.

Dəmir orqanizmdə gedən bir sıra fermentativ proseslərdə, həmçinin əzələlərin bütün struktur quruluşunu təşkil edən mioqlobin və qanyaranma sisteminin mühüm amili olan hemoqlobinin sintezində iştirak edir.

Sink 200-dən çox enzimim esas hissəsi olaraq maddələr mübadiləsi, həzm və regenerativ-reparativ proseslərdə iştirak edir, immuniteti möhkəmləndirir.

Selen güclü antioksidantdır. Hamiləlik zamanı Se çatmamazlığı eklampsiya riskini artırır. İmmun sistemi güclənidrərək müxtəlif xəstəliklərə qarşı orqanizmin müqavimətini artırır.

 

Göstərişləri:

  • Hamiləlik önü, hamiləlik və laktasiya zamanı avitaminozun profilaktikası və müalicəsi;
  • Hamiləlik və toksikozların profilaktika və kompleks müalicəsi;
  • Hamiləlik anemiyasının profilaktika və kompleks müalicəsi;
  • Hamiləlik zamanı bakterial və virus infeksiyalarının profilaktika və kompleks müalicəsi;
  • Fetoplasentar çatışmamazlıq, dölün hipoksiyasının kompleks müalicəsi.

 

Əks göstərişləri:

Tərkibindəki komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq.

 

Qəbul qaydası:

1 kapsuldan gündə 1 dəfə.

 

Buraxılış forması:

№ 30 yumşaq jelatin kapsul

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.