/public/editor/elFinder/php/../files/parcesol.jpg
Share this:

Parcesol


Tərkibi:

Pantoprazol 40 mq

 

İstifadəsinə göstərişlər

• Reflüks ezofaqit

H. Pylori ilə əlaqəli xorası olan xəstələrdə uyğun antibiotiklərlə müalicə ilə kombinasiyada  Helicobacter pylori (H. pylori)-nin eradikasiyası

• Mədə və onikibarmaq bağırsağın xorası

• Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya halları.

 

İstifadə qaydası və dozası

Reflüks ezofaqit

PARSESOL 1 və ya 2 tablet . Müalicə kursu 4 həftə.

H. Pylori-nin iki uyğun antibiotiklə kombinasiyada eradikasiyası

a) gündə iki dəfə bir tablet PARSESOL+ gündə iki dəfə 1000 mq amoksisillin+ gündə iki dəfə 500 mq  klaritromisin

b) gündə iki dəfə bir tablet PARSESOL+ gündə iki dəfə 400 – 500 mq  metronidazol (yaxud 500 mq tinidazol)+ gündə iki dəfə 250 – 500 mq klaritromisin

c) gündə iki dəfə bir  tablet PARSESOL+ gündə iki dəfə 1000 mq amoksisillin+ gündə iki dəfə 400 – 500 mq metronidazol (yaxud  500 mq  tinidazol)

Kombinə olunmuş müalicə 7-14 gün aparılmalıdır. PARSESOL-la  müalicə ehtiyac olduqda davam etdirilə bilər.  

PARSESOL  monoterapiya şəkilində aşağıdakı dozalarda təyin edilir:

Mədə xorasının müalicəsində:

1 tablet gündə bir dəfə. Müalicələr effekt göstərməyibsə, doza 2 dəfə artırıla bilər (gündəlik 2 tablet). Müalicə kursu 4 həftə .

Onikibarmaq bağırsaq xorasının müalicəsində:

1 tablet gündə bir dəfə. Müalicələr effekt göstərməyibsə, doza 2 dəfə artırıla bilər (gündəlik 2 tablet). Müalicə kursu 2 həftə

Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor hallar:

Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor hallarda uzunmüddətli müalicə gündəlik 80 mq doza ilə başlamalıdır (2 tablet PARSESOL 40 mq). Gündə 2 dəfə təyin oluna bilər. Maksimal doza 160 mq-dır.

 Buraxılış forması

PARSESOL 40 mq enterik örtüklü tabletlər. 14 tablet, blisterdə. 1 (14 tablet) və ya 2 blister (28 tablet)

 

Dərman vasitəsidir.

İstehsalçı                    

İlko İlaç San ve Tic A.Ş.