/public/editor/kcfinder/upload/images/medicine_images/omegaRoyal.jpg
Share this:

Omega Royal


Omega Royal

 

Tərkibi:

Romega Premium (Siyənək balığının

kürüsündən alınan fosfolipid əsaslı

Omeqa-3 yağ turşuları)    – 700 mq

Omeqa-3 PDYT                 – 304 mq

DHA                                    – 210 mq

EPA                                      – 60 mq

Fosfolipidlər                     – 240 mq

Xolin                                    – 23 mq

 

Farmakoloji xüsusiyyətləri:

Omega Royal preparatı yumşaq jelatin kapsullarının tərkibində – Romega™ Premium -     Norveçin qərb sahilində tutulan siyənək balığının kürüsündən alınmış Omeqa-3 yağı vardır. Romega™ Premium Omeqa-3 yağı tərkibində yüksək keyfiyyətli, təbii fosfolipidlərlə zəngin olan MOPL (Marine Omega-3 Phospholipids) omeqa yağ turşuları (xüsusilə yüksək DHT miqdarı) və xolin mövcüddür.

Omeqa-3 PDYT- eykozopentayen turşusu (EPT) və dokozaheksayen turşusu (DHT) insan orqanizminin həyat fəaliyyəti üçün mühüm rol oynayır. Omeqa-3 PDYT xarici patogen amillərin təsirinə qarşı orqanizmin hüceyrələrinin adekvat cavab reaksiyasını formalaşdırır, lipid mübadiləsini tənzimləyir, iltihabi prosesin yaranmasının, trombların əmələ gəlməsinin, ürək-damar ritminin pozulmasının qarşısını alır. Sərbəst EPT və DHT hüceyrə membranının vacib struktur komponentləridir; bütün orqan və toxumaların (baş beyin, görmə analizatoru və s.) transmembran ion kanallarının normal funksiyasını təmin edirlər. EPT orqanizmin antioksidant sisteminin effektivliyini gücləndirir, qan axarında lipidlərin transport prosesini, hüceyrə membranlarının reparasiyasını, immunkompetent hüceyrələrin aktivasiyasını normallaşdırır, mədə - bağırsaq traktında piylərin sorulmasının yaxşılaşdırır. EPT–hiperlipoproteinemiya, hipertoniya, tromboza meyllilik, şəkərli diabet, dəri xəstəlikləri və immundefisit hallar zamanı vəziyyətin normallaşmasını təmin edir. DHT ilk növbədə baş beyin və reproduktiv sistemin membran strukturlarında toplanır. DHT gözün və beyin ümumi yağ turşularının 10-15%-ni və beyin omeqa-3 yağ turşularının  97%-ni təşkil edir. DHT normal beyin və göz funksiyasının qorunub saxlanılmasını təmin edir və  dəstəkləyir. Fosfolipidlər hepatoprotektor və membranstabilləşdirici təsirə malikdirlər. Omega Royal preparatının tərkibindəki MOPL- təbii fosfolipidlər Omeqa-3 PDYT-nın biomənimsənilməsini artırır.

Xolin qara ciyərin finksiyasını yaxşılaşdırır və lipid mübadiləsini normallaşdırır. Xolin qanda xolesterinin səviyyəsini aşağı salır, sinirlərin mielin qişalarını bərpa edir, neyromediator asetilxolinin sintezində iştirak edir.

 

İstifadəsinə göstərişlər:

Mərkəzi sinir sistemi: Baş beyin damarlarının aterosklerozu, insult, tranzitor işemik tutmalar, beynin xroniki işemiyası, depressiyalar və digər emosional balansın pozulmaları (bipolyar pozulmalar), miqren, Alzheimer və Parkinson xəstəlikləri;

Dermatologiya: Psoriaz, ekzema, allerqozlar, atopik dermatitlər, trofiki xoralar, göbələk xəstəlikləri (kandidozlar);

Ginekologiya: Hamiləliyin normal gedişatını təmin etmək üçün, hamiləlik patologiyaları: fetoplasentar çatışmazlığın kompleks terapiyası, qestozlar, preeklampsiya, venaların varikoz genişlənməsi, ürək-damar xəstəliklərindən əziyyət çəkən hamilələr, endokrin patologiyadan əziyyət çəkən hamilələr (şəkərli diabet, metabolik sindrom), klimakterik dövr;

Oftalmologiya: Makulodistrofiya, gözün torlu qişasının yaşla əlaqədar distrofiyası, quru göz sindromu, kompyuter görmə sindromu, gözün damar patologiyaları, diabetik  retinopatiya, görmə yorğunluğu;

Ürək-damar sistemi: Kardioskleroz, ürəyin işemik xəstəliyi, miokard infarktı, stenokardiya, ürəkdə aparılan əməliyyatlardan sonrakı reabilitasiya mərhələsi, hipertoniya xəstəliyi, aşağı ətraf damarlarının obliterasiyaedici

xəstəlikləri: venaların varikoz genişlənməsi, tromboflebit, endarteriit, angiopatiyalar;

Mədə - bağırsaq traktı: Mədə və 12-barmaq bağırsağın eroziya və xora xəstəliyi, qaraciyərin piy distrofiyası, xoralı kolit;

Tənəffüs sistemi: Allergik bronxit, bronxial astma, digər xroniki xəstəliklər;

Endokrinologiya:  Şəkərli diabet, metabolik sindrom.

İstifadə qaydası və dozalanması:

1 kapsuldan gündə 1 dəfə yemək zamanı.

 

Buraxılış forması: Yumşaq jelatin kapsul № 30

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.