/public/editor/elFinder/php/../files/images/medicine_images/olivef.jpg
Share this:

Olivef


Tərkibi:

Zeytun ekstraktı

Adaçayı ekstraktı

Propolis ekstraktı

 

Olivef - təbii bitki tərkibli boğaz spreyi, tərkibindəki zeytun, adaçayı və propolis ekstraktları sayəsində ağız boşluğunda və boğazda olan iltihabi prosesləri aradan qaldırır.

Zeytun ekstraktı - İltihabı azaldır,boğaz ağrısını aradan qaldırır.

Propolis ekstraktı - bakteriya və virusları neytrallaşdırır. İltihabı aradan qaldırır. Ağrıları azaldır.  İmmuniteti gücləndirir.

Adaçayı ekstrakrı - Antiseptik, mikrobəleyhinə, iltihabəleyhinə təsir göstərir.

İstifadə qaydası və tövsiyə olunan sutkalıq doza:

4-12 yaş uşaqlar: böyüklərin nəzarəti altında gündə 3 dəfə 1 püskürtmə

12 yaşdan böyük uşaqlar və böyüklər: hər 2-4 saatdan bir 3-5 püskürtmə

Ağız boşlugunda və ya udlaqda olan iltihab nahiyəsi üzərinə püskürtməli, mayeni udmaq olar

 

İstifadəsinə göstərişlər:

  • Ağız boşluğunun və udlağın yoluxucu xəstəlikləri zamanı (angina,faringit, xroniki, tonzillit, stomatit, gingivit, parodaontit və s);
  • Ağız boşluğunda və udlaqda manipulyasiyalar, cərrahi əməliyyatlar, dişlərin müalicəsi əməliyyatlarından sonra;
  • Diş protezlərindən və ya ortodontik qurğudan istifadə zamanı.

 

Əks göstərişlər:

  • Qaraciyərin və böyrəklərin ciddi funksional pozgunluqları;
  • Preparatın tərkib inqredientlərindən hər hansı birinə qarşı yüksək fərdi həssaslıq;
  • Preparatın sorulmasının güclənməsi və sistem toksik təsir riskinin artması ilə əlaqədar olaraq, selikli qişaların geniş yayılmış iltihabi xəstəlikləri. Preparatı qırtlaq qapağı iltihablaşmış xəstələrdə tətbiq etmək olmaz.

 

Buraxılış forması:

Sprey 30 ml

 

İstehsalçı:

Vefa Ilaç, Türkiyə