/public/editor/elFinder/php/../files/images/medicine_images/normagut.jpg
Share this:

Normagut


Tərkibi
1 kapsul 250 mq Saccharomyces boulardii (liofilizə olunmuş hüceyrələr) daxildir.

 

Farmakoloji xüsusiyyətləri
NORMAQUT 250 bağırsağın mikroflorasını bərpa edir və diareya əleyhinə ğüclü etiopatogenetik təsirə malikdir.

İstifadəsinə göstərişlər
Uşaqlarda və böyüklərdə kəskin və xroniki bakterial diareya.
Kəskin viruslu diareya.
Antibiotiklərin qəbulu ilə assosiasiya olunmuş kolit və diareyaların profilaktikası və müalicəsi.
Bağırsaqın disbiozu.
Qıcıqlanmış yoğun bağırsaq sindromu.
Psevdomembranoz kolit və Clostridium difficile-nin törətdiyi xəstəliklər.
Parenteral qidalanma nəticəsində yaranan diareyalar.

Əks göstərişlər
Preparatın hər hansı komponentinə qarşı hiperhəssaslıq (allergiya). Mərkəzi venoz kateterli xəstələr.

Ehtiyat tədbirləri
Həddən artıq isti və ya soyuq qida və maye ilə qəbul etməməli.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Antifunqal preparatlarla eyni zamanda istifadə etməməli.

İstifadə qaydası və dozası

2 aydan 2 yaşadək ehtiyac olarsa həkim nəzarəti altında təyin edilə bilər

2-12 yaşlı uşaqlarda gündə 1-2 dəfə x 1 kapsul

12 yaşdan yuxarı 1-2 dəfə x 1 kapsul


Tövsiyə olunan müalicə kursu:
Kəskin diareya -3-5 gün
Disbakteriozun, xroniki diareya sindromunun, qıcıqlanmış yoğun bağırsaq sindromunun müalicəsi: 10-14 gün.
Antibiotiklərin qəbulu ilə assosiasiya olunmuş diareya və psevdomembranoz kolitin profilaktika və müalicəsi:antibiotikin qəbulunun 1-ci günündən başlayaraq,gündə 2 dəfə 2 kapsul Normaqut  antibiotiklə birgə təyin olunur.
Kapsulu su ilə qəbul etmək məsləhət görülür.

Əlavə təsirləri
Nadir hallarda mərkəzi venoz kateteri olan stasionar xəstələrdə fungemiya yaranma ehtimalı ola bilər.

Buraxılış forması

.10 kapsul

 

Qeydiyyat vəsiqəsi: №13-00686 31.07.2013