/public/editor/elFinder/php/../files/images/medicine_images/normafol.jpg
Share this:

NormaFol


 

Norma Fol

 

Tərkibi:

Fol turşusu 400 mkq.

 

Farmakoloji təsiri:

Fol turşusu suda həll olan B qrupu vitaminidir. Immun və qanyaranma sisteminin funksiyalarında mühüm rol oynayır. Eritropoezi stimulə edir, megaloblastların tam yetişməsini və normoblastların əmələ gəlməsini təmin edir. Fol turşusu çatışmazlığı böyüklərdə meqaloblastik  anemiyaya səbəb olur, hamilələrdə isə sinir borusu qüsurlarının inkişaf riskini artırır. Hamiləliyə hazırlıq dövründə və mayalanmanın ilk həftələrində fol turşusu qadınlarda vacib rol oynayır. Fol turşusu, həmçinin həzm prosesini tənzimləyir; sinir sistemini gücləndirərək gözəl əhval-ruhiyyə yaradır. Fol turşusu həm də doğuşdan sonrakı depressiyanı aradan qaldırmaq üçün əvəzolunmazdır.

 

Göstərişləri:

· Hamiləliyə hazırlıq dövrü;

· Hamiləlik və laktasiya dövründə fol turşusu və yodun defisitinin müalicə və profilaktikası;

· Sinir sisteminin, ətrafların, ürəyin bətndaxili inkişaf anomaliyalarının profilaktikası;

· Yeniyetmələrdə inkişaf və yetkinləşmə pozulmalarının profilaktikası;

· Xronik yorğunluq, yaddaş pozulması vəziyyətləri;

· Periferik nevropatiyalar;

  • Yod defisitli zobun terapevtik müalicəsindən sonra residivlərin profilaktikası.

 

Əks göstərişlər:

Preparatın tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, hipertireoz.

 

İstifadə qaydası və dozası:

Pregnio Fol preparatı gündə 1 həb yemək zamanı və ya yeməkdən sonra daxilə qəbul edilir.
Müalicə kursu həkimin təyinatı ilə.

 

Buraxılış forması:

Tablet N30

 

İstehsalçı:

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.