/public/editor/elFinder/php/../files/nemolix.jpg
Share this:

Nemolix C3


Tərkibi:

Təbii yumurta membranı ekstraktı                  500 mq

Boswellin® Super (Bosvelliya Serrata)            75 mq

Zərdəçal (Kurkuma ekstraktı)                           50 mq

 

Farmakoloji təsiri:

Təbii yumurta membranı ekstraktı  - tərkibindəki inqrediyentlər oynaqların sağlamlığına müsbət təsir göstərir: oynaqlardakı ağrı və diskomfort hissini azaldır, hərəkətlilik və elastikliyi artırır, funksiyaları yaxşılaşdırır, iltihabi reaksiyaları aradan qaldırır, qığırdaq üçün tələb olunan tikinti materialıdır. Təbii yumurta membranı ekstraktı  kollagen və elastin zülalları və həmçinin xondroitin, qlükozamin, TGF-β transformasiya edici böyümə amili və hialuron turşusundan ibarət qlikozaminoqlikan kompleksi ilə zəngindir. Bu vacib qida maddələri oynaqların və birləşdirici toxumanın sağlamlığını təmin edir. Kollagen – qığırdağın möhkəmliyi və elastikliyi üçün olduqca vacib lifli proteindir. Elastin – dəri, qan damarlarının divarları, bağlar və ağciyər kimi toxumaların hüceyrədaxili maddəsində yüksək miqdarda mövcud olan əsas proteindir. O, deformasiyaya uğradıqdan sonra ilkin formasını bərpa edən birləşdirici toxumaların elastikliyinə cavabdehdir. Desmozin və izodesmozin – elastinin “şin” xüsusiyyətlərinə görə məsuliyyət daşıyan iki az tanınan aminturşulardır. Qlikozaminoqlikanlar (QAQ): qlükozamin və xondroitin – birləşdirici toxumanın, skelet strukturun və interstisial mayenin struktur komponenti qismində çıxış edirlər. Osteoartrit zamanı baş verən degenerativ dəyişikliklərin proqressivləşməsini ləngidir, qığırdaq matriksinin sintezinin zəifləməsi və asta deqradasiya nəticəsində amortizasiya xüsusiyyətlərinin itirilməsi ilə bağlı yaranan ağrını nəzarətdə saxlayır. Qlükozamin qığırdağın, vətərlərin, saçların, dırnaqların, ürək klapanlarının, sinovial mayenin birləşdirici toxumasının formalaşmasında iştirak edir.  Xondroitin qığırdaqda mayenin saxlanmasını təmin edir (yaxşı amortizasiya xüsusiyyəti), gəzinti zamanı oynaqların sıxılmasını azaldır, sağalma prosesini sürətləndirir, ürək-damar sisteminin funksiyasını yaxşılaşdırır. TGF-β – transformasiya edici böyümə amili – toxumaların bərpasında, hüceyrə differensiasiyasında və immun funksiyada əsas rol oynayır. Hialuron turşusu – normada insan orqanizmində mövcuddur və hüceyrələrarası matriksin əsas komponentidir. Sinovial oynaqlarda o, qığırdaq və sinovial mayenin struktur komponenti olub, lubrikant, amortizator, filtr və metabolik agent kimi çıxış edir. Bu qida maddələri sinovial oynaqların struktur stabilliyi və əsas funksiyasını təmin edir, oynaqların bir çox xəstəliklərinin, o cümlədən osteoartritin müalicəsində aparıcı rol oynayır. 

Boswellin® Super tərkibində dörd identifikasiya olunmuş triterpenoid  β-bosvelliya turşusu saxlayır: β- bosvelliya turşusu, asetil -β-bosvelliya turşusu, 11-keto-β-bosvelliya turşusu, asetil-11 keto-β-bosvelliya turşusu. Bosvelliya turşusu HLE (insan leykositar elastazası) blokada edir, artritin inkişafında əsas rol oynayan 5-lipooksigenaza fermentini tormozlayır​​. HLE və 5-lipoksigenazanın birgə tormozlananması bosvelliya turşusunun unikal xüsusiyyətidir. Asetil-11 keto-β-bosvelliya turşusu (AKBBA) ən güclü iltihabəleyhinə fraksiyadır. Tərkibində yüksək miqdarda AKBBA saxlayan Boswellin® Super artritin müalicəsində istifadə olunur. Bosvelliya Serratanın iltihabəleyhinə təsiri qeyristeroid iltihabəleyhinə vasitələrin effektinə bərabərdir. QSİV – lərdən fərqli olaraq Bosvelliyanın uzun müddətli istifadəsi mədənin selikli qişasının qıcıqlanması və xorasına gətirib çıxartmır. Bosvelliya ekstraktı diz, oynaq, revmatoid artritlər, spondilyoz zamanı xəstələrə tövsiyə olunur.

Zərdəçal (Kurkuma ekstraktı) - 95% tetrahidrokurkuminoidlərin alınması üçün standartlaşmış antioksidantdır. Tetrahidrokurkuminoidlər (THK) uzunsov kurkumanın kökümsovlarından alınmış sarı kurkuminoidlərdən (əsasən kurkumin, demetoksikurkumin və bismetoksikurkumin) hazırlanmış rəngsiz hidrogenizə olunmuş məhsuldur. Kurkumin NF-kB fəallığını tormozlayır, bununla da iltihab və onun çoxsaylı fəsadlarının qarşısını alır. Tetrahidrokurkuminoidlər SOQ-1 və SOQ-2 (siklooksigenaza), həmçinin 5-lipooksigenaza kimi tanınan iltihab fermentini tormozlamaqla ağrı və iltihabın azalmasına yardım edir. THK orqanizmdə katalaza, GSH-Px, SOD və GST kimi antioksidant fermentlərin səviyyəsini kurkumindən çox artırır. Kurkumin C3 kompleksinin artritin müalicəsində faydalı ola bilməsi kliniki təsdiqini tapmışdır.

 

Göstərişləri:

  • Müxtəlif lokalizasiyalı artrozlar (diz, bud, bilək və s.);
  • Fəqərəarası osteoxondroz və spondiloartroz;
  • Xondromalyasiya, çiyin oynağının periartriti;
  • Vətər və bağların travmasından sonrakı period;
  • Əməliyyatdan sonrakı period - oynaqlarda cərrahi müdaxilə;
  • İntensiv fiziki fəaliyyətlə məşğul olan insanlar;
  • Yaş həddi 40 yaşdan yuxarı;
  • Oynaqlarda degenerativ-distrofik proseslərin profilaktikası məqsədilə;
  • Onurğa və oynaqların erkən zədələnməsi.

 

Dozalanması və istifadə qaydası:

Gündə 1 yumşaq jelatin kapsuldan və ya həkim təyinatına uyğun olaraq. 

 

Buraxılış forması:

30 tablet

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.