/public/editor/kcfinder/upload/images/medicine_images/monezin%204.jpg
Share this:

Monezin


Tərkibi:

Montelukast natrium 4 mq, 5 mq, 10 mq

 

Farmakoterapevtik qrup:

Leykotrien reseptorlarının antaqonisti.

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası: Montelukast leykotrien reseptorlarının selektiv antaqonistidir. Montelukast sisteinil-leykotrien reseptorlarını (CystLT 1)\

spesifik inhibə edir. Sisteinil leykotrienlər (LTC 4, LTD 4, LTE 4) – müxtəlif hüceyrələrdən xaric olunan (bəzi mieloid tosqun hüceyrələr

və eozinofil daxil olmaqla) güclü iltihab eykazonoidlərdir. Bu proastmatik mediatorlar sisteinil-leykotrien reseptorları ilə insan

tənəffüs yollarında birləşir. CysLT reseptoru sayaəzələ  hüceyrələrində və makrofaqlarda (eozinofil və mieloid borusunun hüceyrələri daxil olmaqla)

müəyyən edilmişdir. Bronxial astma zamanı leykotrien mediatorlarının fəaliyyətinə bir sıra tənəffüs traktı aktivliyi; bronxospazm, selikli ifrazat,

eozinofillərin kumulyasiyası kimi effektlər daxildir. Montelukast bronxial astma ilə əlaqəli iltihabi parametrləri əhəmiyyətli dərəcədə yaxşılaşdıran

güclü peroral preparatdır. Montelukast LTC 4, LTD 4, LTE 4 və CystLT 1 reseptorlarının güclü antaqonistidir.

Farmakokinetikası: Daxilə qəbul edildikdə tez və demək olar ki, tam absorbsiya olunur. 2 - 5 yaş arası uşaqlara yeməkdən əvvəl 4 mq təyin edildikdə plazma konsentrasiyası 2 saatdan sonra maksimuma çatır. Yaşlılara preparatın 5 mq təyin edildikdə plazma konsentrasiyası 2 saatdan sonra maksimuma çatır. Preparatın orta biomənimsənilməsi 64%-dir. Montelukast 99% plazma zülalları ilə birləşir. Orqanizmdən öd yolları vasitəsilə xaric olunur.

 

Göstərişləri:

  • Bronxial astmanın profilaktikası və uzunmüddətli müalicəsi;
  • Asetilsalisil turşusuna qarşı yüksək həssaslığı olan xəstələrdə bronxial astmanın müalicəsi;
  • Fiziki gərginlik zamanı yaranan bronxospazmın qarçısını almaq məqsədilə;
  • Allergik rinitlərin gecə və gündüz simptomlarının aradan qaldırılması məqsədilə.

 

Istifadə qaydası və dozası:

Monezin gündə 1 dəfə təyin olunmalıdır.

2 - 5 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 4 mq çeynəmə tablet istifadə edilə bilər.

6 – 14 yaşlı uşaqlarda: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə 5 mq çeynəmə tablet istifadə edilə bilər.

Yaşı 15 və ondan yuxarı olan xəstə qrupuna: astma və ya mövsümi allergik rinitlər zamanı gündə bir dəfə

10 mq tablet istifadə edilə bilər.

 

Buraxılış forması:

4 mq N28 - çeynənilən həb

5 mq N28 - çeynənilən həb

10 mq N28 - həb

 

Istehsalçı:

İlko İlaç San. və Tic. A.Ş, İstanbul, Türkiyə

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Qeydiyyat vəsiqəsi: №15-00798 29.07.2015