/public/editor/elFinder/php/../files/images/medicine_images/moksilok.jpg
Share this:

Moksilok


Tərkibi: Moksifloksasin 400 mq

 

Farmakodinamika: ftorxinolon qrupu geniş təsir spektrinə malik olan antibakterial preparatdır. Bakterial DNT-nun rekombinasiya, reparasiya, transkripsiya və replikasiyası üçün lazım olan topoizomeraza II (DNT giraza) və topoizomeraza IV fermentləri inhibə edir. İzomerazaların funksiyasının dayandırılması bakteriya hüceyrələrində dönməz dəyişikliklərə və onların məhv olmasına gətirir. Minimal bakterisid konsentrasiyalar minimal inhibəedici konsentrasiyalardan fərqlənmir. Penisillin, sefalosporin, aminoqlikozid, tetrasiklin və makrolidlərlə çərpaz rezistentliyi yoxdur. Rezistentliyin əmələ gəlməsi tezliyi aşağıdır. Geniş spektrli qram-müsbət və qram-mənfi mikroorqanizmlərə qarşı, anaerob,  turşuyadavamlı və atipik bakteriyalara qarşı aktivdir: Mycoplasma spp., Chlamydia spp., Legionella spp. Beta-laktam antibiotik və makrolidlərə qarşırezistent bakteriya ştamlarına qarşı effektivdir. Aşağıda göstərilən mikroorqanizmlərin çoxsaylı ştamlarına qarşı aktivdir: qram-müsbət aerob mikroorqanizmlər: Enterococcus faecalis (yalnız vankomisin və gentamisinə qarşı həssas ştamlar), Staphylococcus aureus (metisillin-həssas ştamlar), Streptococcus anginosus, Streptococcus constellatus, Streptococcus pneumoniae (multirezistent ştamlar daxil olmaqla), Streptococcus pyogetəşkil edir.nes; qram-mənfi aerob mikroorqanizmlər: Enterobacter cloacae, Escherichia coli, Haemophiıus influenzae, Haemophilus parainfluenzae, Klebsiella pneumoniae, Moraxella catarrhalis, Proteus mirabilis; anaerob mikroorqanizmlər: Bacteroides fragilis, Bacteroides thetaiotaomicron, Clostridium perfingens, Peptostreptococcus spp., həmçinin digər mikroorqanizmlər: Mycoplasma pneumoniae, Chlamydia pneumoniae.

Farmakokinetika: Daxilə istifadəsində preparat mədə-bağırsaq traktından tez və təqribən tam sorulur, qidanın qəbulu sistem absorbsiyasının sürətinə və dərəcəsinə nəzərə çarpan təsir göstərmir. Tam biomənimsənilməsi demək olar ki, 90% təşkil edir. Moksifloksasin damarlardan kənar mühitdə çox tez paylanır. Paylanmanın həcmi təxminən 1,7-2,7 l/kq təşkil edir.

Əks göstərişlər:

preparatın komponentərinə qarşı hiperhəssaslıq, hamiləlik və laktasiya dövrü, 18 yaşa qədərki dövr.

 

İstifadəsinə göstərişlər:

PULMONOLOGİYA: Xroniki bronxitin kəskinləşməsi, pnevmoniyalar (həmçinin, xəstəxanadan kənar pnevmoniya), kəskin sinusitlər, xroniki obstruktiv ağciyər xəstəlikləri, vərəmin multirezistent formaları;

GİNEKOLOGİYA: Kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri (salpinqit, endometrit), mikoplazmoz, xlamidioz, ureaplazmoz, qonoreya;

CƏRRAHİYƏ: əməliyat sonrası profilaktika, müxtəlif etiologiyalı peritonitlər, tuboovarial abses, pelvioperitonit, əməliyat sonrası yumşaq toxumaların irinli yaraları, diabetik pəncə, pankreonekrozun infeksionlaşmış formaları, sepsis;

UROLOGİYA: xroniki piyelonefrit, sistit, cinsi yolla ötürülən infeksiyalar (xlamidioz, ureaplazmoz, mikoplazmoz, gonoreya), xroniki prostatit, uretritlər.

 

İstifadə qaydası:

Tablet: 1 tablet gündə 1 dəfə; Infuziya üçün məhlul: 250 ml (450 mq moksifloksasin) gündə 1 dəfə 60 dəqiqə ərzində vena daxilinə yeridilir.

Buraxılış forması:

Tablet 400 mq N7; flakon 250 ml №1

İstehsalçı:

İLKO İLAÇ, Türkiyə

 

Qeydiyyat vəsiqəsi: №17-00268 24.05.2017, №18-00172 16.03.2018