/public/editor/elFinder/php/../files/images/medicine_images/mesalazol.jpg
Share this:

Mesalazol


 

Tərkibi:

Mesalazol 250mq, 500mq

 

Farmakoterapevtik qrupu:

Bağırsaqlarda təsir göstərən iltihabəleyhinə preparatlar. Aminosalisil turşusu və onun analoqları.

 

Farmakoloji xüsusiyyətləri:

Mesalazin yerli iltihabəleyhinə təsir göstərir.

Araxidon turşusunun sintezini, neytrofil lipooksigenazanın aktivliyini azaldır, neytrofillərin miqrasiyasını, deqranulyasiyasını və faqositozunu, limfositlər tərəfindən immunoqlobulinlərin ifrazını  ləngidir, və  oksigenin sərbəst radikallarını dağıdır.  

 

İstifadəsinə göstərişlər:

Qeyri-spesifik xoralı kolit, Kron xəstəliyi, proktit, proktosiqmoidit kəskinləşmə dövründə və onların residiv verməsinin profilaktikası.

 

 

Əks göstərişlər:

Salisil turşusuna və onun törəmələrinə qarşı hiperhəssaslıq, ağır böyrək və/ya qaraciyər şatışmazlığı, mədə və 12-barmaq bağırsağın xorası,  qan xəstəlikləri, hemorragik diatez, iki yaşa qədər uşaqlar.

 

İstifadə qaydası və dozası:

Rektal istifadə edilir. Böyüklərdə kəskinləşmə dövründə sutkada 3 dəfə bir Mesalazol 500 şamı təyin edilir, sutkalıq doza 1,5q. Residivlərin profilaktikası üçün sutkada 3 dəfə bir Mesalazol 250 şamı təyin edilir, lazım gələrsə bir neçə il ərizində. Ağır hallarda sutkalıq doza 3q-a qədər artırıla bilər (8-12 həftədən artıq olmayan müddətə) - sutkada 3 dəfə iki Mesalazol 500mq şamı.

Uşaqlara təyin edilməsi: kəskinləşmə dövründə  gündə 40-60mq/kq bədən kütləsinə, residivlərin profillaktikası məqsədi ilə gündə 20-30mq/kq bədən kütləsinə (sutkada 3 dəfə). Müalicə kursunun müddəti fərdi qaydada müəyyən edilir.

 

Buraxılış forması:

Hərəsində 7 şam olmaqla, 2 blister (14 şam) içlik vərəqə ilə birlikdə karton qutuya yerləşdirilir.

 

İstehsalçı

FARMAPRİM MMC

Moldova Respublikası.

 

Qeydiyyat vəsiqəsi: № 15-00728 31.08.2015