/public/editor/elFinder/php/../files/Magnimore.jpg
Share this:

Magnimore


Tərkibi:

2 tabletin tərkibindəki aktiv maddə:

ATA-Mg (Maqnezium asetil taurinat) – 919,5 mq

(57 mq elementar Mg-a ekvivalent)

 

Farmakoloji xüsusiyyətləri:

Magnimore – maqnezium çatışmazlığını bərpa edən preparatdır. Maqnezium – insan orqanizminin fizioloji funksiyalarında mühüm rolu olan əvəzolunmaz  qeyri-orqanik elementdir. Kaliumdan sonra ikinci hüceyrədaxili kation olaraq, enerji metabolizmi, biosintez prosesi və protein sintezi də daxil olmaqla bir çox maddələr mübadiləsi proseslərində iştirak edən 300-dən çox fermentin kofaktorudır. Hüceyrədaxili maqnezium çatışmazlığı, hüceyrə ölümünə səbəb olan kalsium yükünün artmasına səbəb olur. Bu həyati mineral C vitamini, kalsium, fosfor, natrium və kaliumun orqanizm tərəfindən effektiv şəkildə mənimsənilməsi üçün lazımlıdır. Maqnezium həmçinin ürək ritminin tənzimlənməsi, ürək xəstəlikləri, şəkərli diabet, osteoporoz, depressiya, əzələ spazmlarının qarşısının alınması, kollagen və elastinin sintezi üçün, sinir sistemi və əzələlərin normal fəaliyyəti üçün vacibdir. Maqnezium "anti-stress mineral" kimi tanınır və nevroloji xəstəliklərin qarşısının alınmasında potensial neyroprotektiv təsiri bilinməkdədir: vazodilatasiya yolu ilə qan axınını artırır və hüceyrədaxili kalsiumun toplanmasına mane olaraq hüceyrə ölümünün qarşısının alması ilə neyronları qoruyur. Klinik araşdırmalar nəticəsində maqnezium defisitinin miqren baş ağrısı, depressiya, epilepsiya, stress, alkoqol və ya dərman intoksikasiyaları, kəskin beyin zədələnmələri, Parkinson, Alzheimer xəstəliyi kimi bir çox nevroloji xəstəliklərin yaranmasında aktiv rolu olduğu müşahidə olunmuşdur.

Taurin - sinir və beyin fəaliyyətinin stimulyatoru olan unikal bir aminturşudur. Hüceyrə daxilində ən çox rast gəlinən amin turşusudur. Sinir impulslarının ötürülməsi prosesini sürətləndirir və demək olar ki, bütün orqanların normal iş fəaliyyətinin tənzimləyir. Taurin güclü antitoksik xüsusiyyətlərə malikdir, qan damarlarının divarlarını bərpa edir, baş beynin fəaliyyətini aktivləşdirir, düşüncə prosesini sürətləndirir, konsentrasiyanı artırır və yaddaşı yaxşılaşdırır.

ATA – Mg innovativ bir Maqnezium və L- taurin duzudur. Nevroloji xəstəliklər zamanı maqnezium əlavələrinin təyinində ən əhəmiyyətli problem, Mg duzlarının hematoensefalik baryeri keçərək beyin toxumasına keçə bilməməsidir. ATA-Mg -un isə lipofil strukturu ilə hüceyrə daxilinə keçməsi yüksək səviyyədədir. Hər iki Maqnezium və Taurin də beyin və zehni sağlamlığına əsas töhfə verən amillər hesab edilir. ATA- Mg, Mg və Taurini birləşdirən unikal Mg vektorudur. ATA-Mg sinir sistemi və əzələlərin normal fəaliyyəti, ionların hüceyrə membranlarından normal keçməsinin tənzimlənməsi, hüceyrə membranı stabilliyi üçün mühüm əhəmiyyət daşımaqdadır. ATA Mg hüceyrə membran keçiriciliyini artıraraq hüceyrə daxili səviyyələrini effektiv surətdə artırır.

 

Göstərişləri:

Maqnezium çatışmazlığı ilə bağlı olan xəstəliklərin kompleks müalicəsi:

  • Miqren (müxtəlif formaları)
  • Əsəb gərginliyi, həyəcanlılıq, yuxu pozulmaları
  • Xroniki yorğunluq - “Menecer” sindromu
  • Epilepsiya, əzələ qıcolmaları
  • Apatiya, depressiya
  • PMS (Pre-Menstrual sindrom)
  • Aritmiyalar (maqnezium çatışmazlığı səbəbi ilə)
  • Hipertoniya xəstəliyi

 

İstifadə qaydası:

1 tabletdən gündə 2 dəfə yeməkdən sonra qəbul olunur.

 

Buraxılış forması:

Tablet N30

 

İstehsalçı:

Vefa İlaç, Türkiyə