/public/editor/elFinder/php/../files/lavanet.jpg
Share this:

Lavanet


Tərkibi

Təsiredici maddələr:1 tabletin tərkibində 160 mq valsartan və 12.5 mq hidroxlorotiazid vardır.

 

Farmakoloji xüsusiyyətləri

LAVANET PLUS-un tərkibində yüksək qan təzyiqinə nəzarət etməyə kömək edən angioten-zin II-nin antaqonisti (valsartan) və sidikqovucu maddə (hidroxlorotiazid) vardır. Angiotenzin II orqanizmdə olan maddədir, o, damarların daralmasına səbəb olmaqla, qan təzyiqini yüksəldir. LAVANET PLUS-un komponenti olan valsartan angiotenzin II-nin təsirini blokadaya almaqla təsir göstərir. Nəticədə qan damarları boşalır, qan təzyiqi isə aşağı düşür. Diuretiklər (sidikqovucu maddələr) sidiyəgetməni artırmaqla, orqanizmdə duzun və suyun miqdarını azaldır. Bu, arterial təzyiqi azaltmağa və uzunmüddətli istifadə zamanı onu nəzarət altına almağa kömək edir.

İstifadəsinə göstərişlər                  

LAVANET PLUS yüksək arterial təzyiqi aşağı salmaq üçün istifadə olunur.

 

İstifadə qaydası və dozası

İstifadə qaydası

Dərman hər gün eyni vaxtda (səhərlər qəbul edilməsinə üstünlük verilir) qəbul edilməlidir. LAVANET PLUS qida ilə birlikdə və ya onsuz qəbul edilə bilər.

• Həkiminiz Sizə LAVANET PLUS-un dozasını və qəbul tezliyini deyəcəkdir. Sizin müalicəyə cavab reaksiyanızdan asılı olaraq, həkiminiz yüksək və ya aşağı doza təyin edə bilər.

• LAVANET PLUS-un adi dozası gündə 1 dəfə 1 tabletdir. Həkiminizlə məsləhətləşmədən dozanı dəyişdirməyin və ya tabletlərin qəbulunu dayandırmayın.Dərmanı hər gün eyni vaxtda qəbul etmək lazımdır; bu, dərmanın qəbulunu xatırlamaqda Sizə kömək edəcəkdir.

 

Buraxılış forması:

Örtüklü tablet  №28

 

 İstehsalçı:

İlko İlaç San. ve Tic. A.Ş. Veysel Karani Mah.