/public/editor/elFinder/php/../files/images/medicine_images/kril.jpg
Share this:

Krilom


Tərkibi:

2 jelatin kapsulun tərkibində:

Ümumi balıq yağı                                    1938 mq

Omeqa - 3 polidoymamış yağ turşuları  1240 mq

(EPT 620 mq; DHT - 446 mq)

Fosfolipidlər                                                2 mq                                                                                                              

Təbii E vitamini                                        5.8 mq                                                                                                      

Astaksantin                                           220 mkq

 

Farmakoloji təsiri:

Krilom antiaterogen amillərin - Omeqa-3 polidoymamış yağ turşuları (şimaldakı dərin su balıqlarından molekulyar texnoloji üsulla əldə edilmişdir), fosfolipidlər, təbii E vitaminin və karotinoid astaksantinin zəngin mənbəyidir.

Omeqa-3 PDYT – eykozopentayen turşusu (EPT) və dokozoheksayen turşusu (DHT) insan orqanizminin həyat fəaliyyəti üçün mühüm rol oynayır. Omeqa-3 PDYT xarici patogen amillərin təsirinə qarşı orqanizmin hüceyrələrinin adekvat cavab reaksiyasını formalaşdırır, lipid mübadiləsini tənzimləyir, iltihabın yaranmasının, trombların əmələ gəlməsinin, ürək-damar ritminin pozulmasının qarşısını alır. Sərbəst EPT və DHT hüceyrə membranının vacib struktur komponentlləridir; bütün orqan və toxumaların (baş beyin, görmə analizatoru və s.) transmembran ion kanallarının funksiyasını modifikasiya - ingibə edirlər.

EPT orqanizmin antioksidant sisteminin effektivliyini gücləndirir, qan axarında lipidlərin transport prosesini, hüceyrə membranlarının reparasiyasını, immunkompetent hüceyrələrin aktivasiyasını normallaşdırır, mədə-bağırsaq traktında piylərin sorulmasının yaxşılaşmasını təmin edir. EPT – hiperlipoproteinemiya, hipertoniya, tromboza meyllilik, şəkərli diabet, dəri xəstəlikləri və immundefisit hallar zamanı vəziyyətin normallaşmasını təmin edir. DHT ilk növbədə baş beyin və reproduktiv sistemin membran strukturlarında toplanır.

Fosfolipidlər hepatoprotektor və membranstabilləşdirici təsirə malikdirlər. Bu effekt fosfolipid molekullarının qaraciyər hüceyrələrinin zədələnmiş membranına birbaşa tikilməsi, o cümlədən lipid qatının ikili layının baryer funksiyasının bərpası və defektlərin əvəz olunması hesabına əldə olunur.

E vitamini damar divarlarında xolesterinin toplanmasının qarşısını alır, hüceyrələrin müdafiəsini təmin edir.

Astaksantin bir çox karotinoidlərdən fərqli olaraq insan orqanizmində A vitamininə çevrilmir. A vitaminin yüksək dozası orqanizm üçün təhlükəli ola bilər ki, bu da astaksantinin qəbulu zamanı baş vermir. Astaksantin - unikal qüvvəyə malik antioksidant olub, tənəffüs, həzm, ifrazat, reproduktiv, endokrin və ürək-damar sistemlərinin vəziyyətini yaxşılaşdırır. Zəkanı itiləşdirərək və diqqətin konsentrasiyasını artıraraq o, emosional və psixi vəziyyəti möhkəmləndirir. 

Peroral kontraseptivlər qəbul edən qadınlara, trombozun profilaktikası üçün Krilom preparatının qəbulu məsləhət görülür.

 

Göstərişləri:

  • Ürək-damar sistemi:

- Kardioskleroz, ürəyin işemik xəstəliyi: miokard infarktı, stenokardiya;

-Ürəkdə aparılan əməliyyatlardan sonrakı reabilitasiya mərhələsi;

- Hipertoniya xəstəliyi;

-Aşağı ətraf damarlarının obliterasiyaedici xəstəlikləri: venaların varikoz genişlənməsi, tromboflebit, endarteriit, angiopatiyalar.

  • Mərkəzi sinir sistemi:

- Baş beyin damarlarının aterosklerozu: insult, tranzitor işemik tutmalar, beynin xroniki işemiyası;

- Depressiyalar və digər emosional balansın pozulmaları (bipolyar pozulmalar);

- Miqren, Alzheimer və Parkinson xəstəlikləri.

  • Tənəffüs sistemi: Allergik bronxit, bronxial astma, digər xroniki xəstəliklər.
  • Dermatologiya: Psoriaz, ekzema, allerqozlar, atopik dermatitlər, trofiki xoralar, göbələk xəstəlikləri (kandidozlar).
  • Ginekologiya:

-Hamiləliyin normal gedişatını təmin etmək üçün;

-Hamiləlik patologiyaları: fetoplasentar çatışmazlı-ğın kompleks terapiyası, qestozlar, preeklampsiya, venaların varikoz genişlənməsi, ürək-damar xəstəlik-lərindən əziyyət çəkən hamilələr, endokrin patologi-yadan əziyyət çəkən hamilələr (şəkərli diabet, metabolik sindrom);

-Genital xəstəliklər,  kontrasepsiya, klimakterik dövr

  • Sistem xəstəliklər: Qırmızı qurd eşənəyi, revmatoidli artrit
  • Oftalmologiya: Makulodistrofiya, gözün torlu qişa-sının yaşla əlaqədar distrofiyası, quru göz sindromu, kompyuter görmə sindromu, gözün damar patologi-yaları, diabetik  retinopatiya, görmə yorğunluğu.
  • Endokrinologiya  Şəkərli diabet, metabolik sindrom.

 

İstifadə qaydası və dozalanması:

14 yaşdan yuxarı uşaqlar və böyüklərdə 1 kapsuldan gündə 1-2 dəfə yemək zamanı. Qəbul müddəti - 1 ay.

 

Əks göstərişləri:

Preparatın komponentlərindən hər hansı birinə qarşı fərdi həssaslıq.

 

Buraxılış forması:

Yumşaq jelatin kapsul №30

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.