/public/editor/elFinder/php/../files/krilom sirop.jpg
Share this:

Krilom Sirop


Tərkibi:

Hər 10 ml-də:

Balıq yağı               2350 mq

Hansının ki tərkibinə daxildir:

Omeqa 3                   705 mq

DHA                           235 mq

EPA                            376 mq

 

Farmokoloji təsiri:

Krilom rahat istifadə edilən bioloji aktiv preparat olub, balıq yağı əsasında orqanizmi doymamış yağ turşuları olan Omeqa 3, eykozapentaen və dokozaheksaen ilə təmin edir.

Bu maddələr hüceyrə membranlarının struktur komponentləri olub, orqanizmdə mühüm rol oynayırlar. Omeqa 3, DHA və EPA insan orqanizmində sintez olunmurlar və biz onları yalnız qida vasitəsilə qəbul edirik.

Bu yağ turşuları sinir keçiriciliyində, neyronların mielin qişasının sintezində, immunitetin artmasında, qan- damar sisteminin inkişafında, beynin koqnitiv  funksiyalarının yaxşılaşmasında, uşaqlarda görmə itiliyi və rəngli görmə funksiyalarının təkmilləşməsində əvəzolunmaz rol oynayır.

 

Göstərişləri:

  • Əqli və fiziki iş zamanı;
  • Yaddaş və qavrama qabiliyyətinin zəifləməsi;
  • Diqqət defisiti və hiperaktivlik sindromu;
  • Göz xəstəliklərinin müalicə və profilaktikası;
  • Allergik xəstəliklərin kompleks müalicəsi;
  • İmmuniteti gücləndirmək məqsədilə;
  • Gecə enurezi.

 

Dozalanması:

0 - 1 yaş              2.5 ml - 1 dəfə

1 - 7 yaş              5 ml    - 1 dəfə

7 yaşdan böyük  10 ml  - 1 dəfə

 

Buraxılış forması və həcmi:

Sirop 200 ml

 

Əks göstərişləri:

Preparatın hər hansı bir tərkibinə qarşı həssaslıq

 

İstehsalçı:

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.