/public/editor/kcfinder/upload/images/medicine_images/helix.jpg
Share this:

Helix


Helix

 

Tərkibi:

Hər 5 ml siropun tərkibində:

Balqabaq toxumu (Cucurbita Pepo)         200mq

Qoz yarpağı ekstraktı (Juglans Regia)       10mq

Sarımsaq ekstraktı (Allium Sativum)         0.5mq

Acı yovşan (Artemisia Absinthium)          15mkq

Kəklikotu ekstraktı (Thymus Vulgaris)   250 mkq

 

Farmakoloji təsiri:

Balqabaq toxumu - tərkibində antihelmint maddə mövcud olduğu üçün bütün növ qurd invaziyaları zamanı effektivdir. Bitki mənşəli preparat olduğu üçün toksiki və allergik təsirləri yoxdur.

Qoz yarpağı ekstraktı - C, B1, B2, B3, beta-karotin, yod, Fe, qida lifləri, tanin, yuqlon, yuqlandin turşusu ilə zəngindir. Tərkibindəki maddələr iltihabəleyhinə, büzücü, qurdəleyhinə, antifunqal, immunstimuləedici, öd qovucu kimi təsirlər göstərir. Antihelmint təsiri qurdların enerji mübadiləsində əsas rol oynayan fermentləri blokada etməsinə  əsaslanır.

Sarımsaq ekstraktı - antibakterial, virusəleyhinə, antiparazitar, antispastik, antioksidant, immun sisteminə stimuləedici təsir göstərir. Qıcıqlandırıcı, reflektor və sekretor təsirinə görə sarımsaq iştahı artırır, mədə və bağırsaqların işini tənzimləyir, normal floranın inkişafına səbəb olur. Sarımsağın tərkibindəki fitonsitlər, karotin, selen və s. maddələr orqan hüceyrələrini sərbəst radikallardan qoruyaraq antioksidant təsir göstərir. Mikrosirkulyasiyanı yaxşılaşdırır.

Acı yovşan - qurd qovucu təsirlə yanaşı ibtidailərə də (lyambliya) təsir edərək lyamblioz  zamanı effektivdir. Maddələr mübadiləsini tənzimləyir, sakitləşdirici və iltihabəleyhinə təsirə malikdir.

Kəklikotu ekstraktı - qurd qovucu, antiseptik, sakitləşdirici, iştahaçıcı və immunostumulyator xüsusiyyətlərə malikdir. Güclü dezinfeksiyaedici təsir edərək bagırsaq mikroflorasını normallaşdırır

 

Göstərişlər:

  • Müxtəlif növ qurd invaziyaları (enterebioz, askaridoz);
  • İbtidailər: lyamblyoz, amöbiaz;
  • Dispepsiya, meteorizm, xolesistit, spastik və xroniki kolit;
  • Hipoimmun vəziyyət;
  • İştah zəifliyi.

 

Qəbul qaydası:

Uşaqlarda: 1 - 3 yaş: 5ml gündə 1 dəfə

                   3 - 6 yaş: 5 ml gündə 2 dəfə

                   6 - 12 yaş:  5ml gündə 3 dəfə

                 12 yaşdan yuxarı və böyüklərdə: 10ml gündə 2 dəfə

Preparat yeməkdən 15 dəqiqə əvvəl qəbul olunur. Müalicə kursu 15-20 gündür.

Müalicə kursu 20-30 gündən sonra təkrarlana bilər. Preparat ailəvi qəbul olunmalıdır.

 

Əks göstərişlər:

Tərkibinə daxil olan maddələrə qarşı yüksək həssaslıq, və laktasiya dövrü.

 

Buraxılış forması:

Flakon 150ml

 

İstehsalçı: VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.