/public/editor/elFinder/php/../files/images/medicine_images/brochure%20cap.png
Share this:

Giolact


Tərkibi:

1, 6 qram çəkiyə malik bir şamın tərkibində:

10 mq natrium hialuronat, 5 mq süd turşusu və tamamlayıcı kimi neytral yağ vardır.

 

Farmakoloji xüsusiyyətlər:

Şamı uşaqlıq yoluna qoyduqdan sonra bədən temperaturunun təsiri nəticəsində əriyir və uşaqlıq yolu seliyinə qarışır. Azad olmuş hialuron turşusu uşaqlıq yolunun nəm seliyi ilə təmasda olub şişərək selikli qişanın səthində gel təbəqəsi yaradır. O qoruyucu baryer olaraq, təbii regenerativ və qoruyucu mexanizmlərin aktivləşməsi üçün müvafiq şərait yaradır. Hialuron turşusundan ibarət qoruyucu təbəqə təbii nəmliyi bərpa edir, iltihabi vəziyyətləri yumşaldır və zədələnmiş selikli qişanın sağalma proseslərini asanlaşdırır və sürətləndirir. Süd turşusu uşaqlıq yolunun pH mühitini aşağı salır. Aşağı səviyyəli pH (3,8-4,2) - sağlam selikli qişaya müvafiqdir, çünki patogen mikroflora üçün qeyri-qənaətbəxş mühit yaranır və uşaqlıq yolunun bakterial florasının təbii tarazlığını qaytarmağa kömək edir. 

 

Göstərişlər:

Giolact uşaqlıq yolunun selikli qişasında quruluq olduqda yerli istifadə üçün nəzərdə tutulub.   Əsasən məhsuldan aşağıdakı hallarda istifadə olunur:    

- yaşla əlaqədar estrogenlərin defisiti, hormonal terapiya və kontraseptivlərdən istifadə zamanı yaranan uşaqlıq yolunun quruluğunu aradan qaldırmaq üçün;  

- uşaqlıq yolu selikli qişasının quruluğu, həmçinin qaşınma, qızartı, şişkinlik və ya ifrazat yaradan yerli iltihabi xəstəliklər zamanı, cinsiyyət dodaqlarında və uşaqlıq yolunda yaranan xoşagəlməz hissiyatı aradan qaldırmaq üçün;

- selikli qişada doğuşdan sonra yaranmış zədələnmələrin müalicəsində, ginekoloji prosedurlar, cərrahi əməliyyatlar və ya kimyəvi terapiyalar və radioterapiyalardan sonra selikli qişada yaranan atrofiyalar zamanı;

- ağrılı cinsi əlaqə zamanı diskomfort hissini azaltmaq üçün;

- uşaqlıq yolu seliyinin turşuluğunun düzgün saxlanılması üçün.

İstifadə qaydası:

1 şam yatmazdan əvvəl vaginal daxil etmək lazımdır. Şamları fasiləsiz olaraq 14-20 gün ərzində istifadə etmək lazımdır. Bir müalicə tsiklində 20 gündən artıq istifadə etmək olmaz. Şamların tətbiqini elə planlaşdırmaq lazımdırki, müalicə menstrual tsiklə görə yarımçıq kəsilməsin

Saxlanma qaydası:

Məhsulu otaq temperaturunda, 250C yüksək olmayaraq, quru, günəş işığı düşməyən yerdə saxlamalı. Tibbi məhsulu uşaqlar üçün əlçatmaz yerdə saxlamalı.

 

Buraxılış forması:

Karton qutuda 10 (hər birində 5 şam olan 2 blister). Bir şamın çəkisi 1,7 qramdır.

 

İstehsalçı:

Biofaktor Sp z o.o., Czysta küçəsi 4, 96-100 Skierniewice, Polşa