/public/editor/elFinder/php/../files/images/medicine_images/gastrosit.jpg
Share this:

Gastrosit


Tərkibi:

1  örtüklü tabletin tərkibində 500 mq klaritromisin vardır.

1  mikropellet kapsulların tərkibində 30 mq lansoprazol vardır.

1  tabletin tərkibində 1000 mq amoksisilin trihidrat vardır.

 

Farmakoterapevtik qrupu:

Lansoprazol - Xora əleyhinə preparat.

Amoksisillin - Penisilin qrupuna daxi lolan antibiotik.

Klaritromisin - Makrolid qrupuna daxil olan antibiotik.

 

İstifadəsinə göstərişlər:

  • H.pylori adlanan bakteriya mədə və onikibarmaq barmaq bağırsağın xora xəstəliyinin əmələ gəlmə səbəblərindən biridir.
  • Qastrosit müalicə paketinin tərkibindəki bu üç ayrı preparat; H.pylori infeksion (iltihabi) və onikibarmaq bağırsağın xora xəstəliklərinin (aktiv və ya 1 illik duodenal xora xəstəliyi olan xəstələr) müalicəsində istifadə olunur.
  • H.pyulorinin eradikasiyası (aradan qaldırılması) onikibarmaq bağırsağın xora xəstəliyinin təkrarlanma riskini azaldır.

 

İstifadə qaydası  və  dozası:

Onikibarmaq bağırsağın xora xəstəlikliyinin residiv vermə riskini azaltmaq və H.pylorinin era-dikasiyası məqsədi ilə istifadə olunur. Bu preparat böyük insanlar üçün hazırlanmış və bir kombinəolunmuş müalicə üçün nəzərdə tutulmuşdur.

Qastrosit, 7 və 14 blisterlik qablaşdırmadan ibarətdir və hər blisterdə cəmi 6 ədəd preparat vardır. Bu preparatlardan ikisi tablet, biri kapsul formasındadır. Bir blisterin yarısı açıq mavi,digər yarısı isə tünd mavi rəngdədir. Açıq mavi hissəsi səhər yeməyindən əvvəl qəbul olunan preparatlar, tünd mavi rəngli hissəsi (ulduz rəsmi olan) isə axşam yeməyindən əvvəl qəbul olunan preparatlardır. Hər hissədə 3 ədəd preparat vardır və hər qəbulda bu 3 preparat birlikdə qəbul olunmalıdır. 

Qastrosit-in çox güclü və ya zəif təsirini hiss edirsinizsə bu barədə müalicə həkiminizə və ya əczaçıya bildirin.

Qastrosit tabletləri kifayət qədər maye ilə (məs.,bir stəkan su ilə) birlikdə daxilə qəbul edilir.

 

Əlavə təsirləri: 

Qastrosit müalicə paketinin tərkibinə daxil olan preparatların birlikdə istifadə olunduğu üçlü müalicədə, çox tez-tez müşahidə olunan yan təsirləri bunlardır: ishal, başağrısı,dad hissinin itməsi. Klinik tədqiqatlarda gözlənilən əlavə təsirlərin əksəriyyəti yüngül və keçici şəkildə olub, klassik makrolidlərə görə mədə-bağırsaq sistemində əlavə təsirinə daha az rast gəlinmişdir

 

Əks göstərişləri:

Qastrosit formulundakı komponentlərin hər hansı birinə qarşı hiperhəssaslıq. Qastrosit müalicə paketinin təsir edici maddəsi olan klaritromisin, uzun QT sindromu/ Torsades de Pointes-in əmələ gəlməsinə səbəb ola bilər.

 

Buraxılış forması:

Hər qutuda 7 blister. Hər  blisterin  tərkibində 2 ədəd 500 mq klaritromisin örtüklü tablet, 2 ədəd 30 mq lansoprazol mikropellet kapsul və2  ədəd 1qamoksisilin tablet vardır.

 

İstehsalçı:

Deva Holding A.Ş. TÜRKİYƏ.

Qeydiyyat vəsiqəsi: №16-00286 14.09.2016