/public/editor/kcfinder/upload/images/medicine_images/fondosed.jpg
Share this:

Fondosed


Tərkibi:

Passiflora ekstraktı    (Passiflora incarnata)           150 mq

Bədrənc ekstraktı      (Melissa officinalis )              100 mq

Pişikotu ekstraktı      (Valeriana officinalis)              75 mq

Mayaotu ekstraktı    (Humulus lupulus)                     50 mq

Maqnezium               (Magnesium citrate)                256  mq

Vitamin B6                (Pyridoxine)                                 3 mq

 

FARMAKOTERAPEVTİK QRUPU:

Maqnezium və B6 vitamini ilə kombinə edilmiş bitki tərkibli sedativ preparat.

FARMAKOLOJİ XÜSUSİYYƏTLƏRİ:

Pişikotu  müalicəvi vasitə kimi lap qədim zamanlardan istifadə olunur. Bu otun adı latın dilindən "sağlam olmaq" kimi tərcümə olunur ("valere" - sağlam olmaq). Qədim Yunanıstanda valeryanın köklərini sakitləşdirici, ağrısızlaşdıran maddə kimi istifadə edirdilər, bu otun köməyi ilə baş ağrıları, nevrozları, hətta epilepsiyanı müalicə edirdilər. Pişikotu həm də ürək-damar sistemi xəstəliklərində yaxşı kömək edir. Taxikardiya, hipertoniya zamanı pişikotu geniş istifadə olunur. Bitki qan dövranını yaxşılaşdırır, damarları genişləndirir, arterial təzyiqi normallaşdırır, ürəyin fəaliyyətini tənzimləyir.Pişikotu tək sinir və ürək-damar sisteminə deyil, mədə-bağırsaq sisteminə də müalicəvi təsir edir. Güclü spazmolitik xüsusiyyətlərinə malik olan pişikotu qida borusu, bağırsaq, mədə spazmları zamanı çox yaxşı effekt verir, köpdən azad edir, qəbizlik zamanı xeyirlidir, mədə şirəsinin ifrazını artırır, iştahanı yaxşılaşdırır.

İnkarnat passiflorası – (Passiflora ekstraktı) tərkibində ki flavanoid və alkaloidlərin hesabına sinir sisteminə yumşaq sakitləşdirici təsir göstərir. Əsəb və gərginlik hallarını aradan qaldırır, yuxunu bərpa edir və saya əzələ sisteminə spazmolitik təsir göstərərək ürək damar sisteminin işini yaxşılaşdırır, həmçinin predklimaks və preklimaks dövründə və.s istifadə olunur

Mayaotu qozalarının extraktı - tərkibində efir yağları, acı maddə lupulin, askorbin, humulin və valerian turşuları və.s var. Exstrakt sakitləşdirici, spazmolitik, ağrıkəsici, iltihab əleyhinə, yuxugətirici təsirə malikdir. Yuxusuzluq, nevrasteniya, radikulit, ağrılı menstruasiyalar, klimaks, böyrək xəstəliklərində istifadə edilir.

Bədrənc (Melissa) Sakitləşdirici, hipotenziv, spazmolitik, qusma əleyhinə, eləcə də mikrob əleyhinə, virus əleyhinə və iltihab əleyhinə təsirə malikdir. Ağrıkəsici kimi ürək xəstəliklərində tətbiq olunur. Nevrozlarda, yuxusuzluqda, hipertoniyanın yüngül formalarında, iştahasızlıqda, diskineziyada, meteorizmdə, menstrual sikl pozğunluqlarında təyin edilir. Tərkibi sitral, sitronella, geraniol, linalool, fenilpropanoidlər  və doymuş efiryağları ilə zəngindir. Bu xüsusiyyətlər Bədrəncin tərkibində olan konkret komponentlərin(sitronella – güclu sedativ, geraniol – spazmolitik, fenil propanoidlər – antibakterial, virusəleyhinə, antiallergik və immunmodullaşdırıcı).  təsirlərindən irəli gəlir.

Maqnezium bütün hüceyrələrin normal fəaliyyəti üçün vacib bir elementdir. Təbii trankvilizatordur. “Antistress” mineraldır.  Hüceyrələrin həyati vacib bir elementi kimi maddələr mübadiləsinin bütün reaksiyalarında iştirak edir. Fizioloji nöqteyi nəzərdən maqnezium hüceyrə daxili kation hesab edilir. Maqnezium ionları neyronların oyanıqlığını aradan qaldıraraq, sinir-əzələ ötürücülüyünü zəiflədir. Əzələlərdə ion balansını bərpa edərək, bütün fermentativ  reaksiyalarda iştirak edir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflector oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur

Vitamin B6 (piridoksin) koferment kimi bütün mübadilə proseslərində iştirak edir, sinir toxumasında maddələr mübadiləsinin tənzimlənməsini həyata keçirir. Mədə-bağırsaqdan maqneziumun sürətli sorulmasını və hüceyrələrə toplanmasını təmin edir.

 

GÖSTƏRİŞLƏRİ:
 

  • Yüksək sinir oyanıqlığı.
  • Əsəb gərginliyi. “Menecer” sindromu
  • Simpatik aktivlik fonunda sıx ürəkritmi.
  • Həyəcan və özünə güvənməmə halları.
  • Xroniki yorğunluq, fiziki və psixi tükənmə, asteniya.
  • Ağrı və əzələ spazmı, gastrointestinal spazm.
  • Həyəcan, qıcıqlanma, qorxu, yorğunluqla müşayiət olunan  nevrotik reaksiyalar
  • Yuxusuzluq.
  • Miqren, sinir gərginliyi ilə əlaqədar baş ağrıları.
  • Qadınlarda klimakterik sindrom.
  • Psixoloji gərginliklə əlaqəli dermatozlar və s.

 

Qəbul qaydası :  

Yuksək sinir oyanıqlığı, stress  1 kapsul gün ərzində 1dəfə təyin edilir.   Yuxu pozğunluğu zamanı 2 kapsul yatmazdan əvvəl təyin edilir.

Əks göstərişləri:

Komponentlərdən hər hansı birinə qarşı həssaslıq. 12 yaşa qədər uşaqlar.

Buraxılış forması:

30 kapsul.

 

İstehsalçı:

VEFA İlaç