/public/editor/elFinder/php/../files/flov.jpg
Share this:

Flovant


Tərkibi:

Levofloksasin 500 mq/750 mq

 

Farmakoloji xüsusiyyətləri

FLOVANT bakteriyalara qarşı effektiv antibiotikdir. O, ftorxinolonlar qrupuna aiddir. O, bakteriyaların artmasının, çoxalmasının qarşısını alır və bakteriyaların aradan qaldırılmasını təmin edir.

FLOVANT levofloksasinə həssas olan bakteriyalar tərəfindən törədilən infeksiyaların müalicəsi üçün istifadə olunur.

 

İstifadəsinə göstərişlər

Burunətrafı ciblərin bakteriyalar tərəfindən törədilən iltihabı (sinusitlər)

Xronik bronxitin kəskinləşməsi

Xəstəxanadankənar pnevmoniya

Böyrəklərin və sidik yollanrun iltihabı daxil olmaqla böyrək və sidik yollarmın ağırlaşmış infeksiyaları (pielonefritlər)

Prostat vəzinin iltihabı

Dəri və dəri strukturlarının infeksiyaları: Abses (toxumalarda irinin toplanması), sellülitlər, furunkullar, impetiqo (dərinin səthi infeksion mikrob infeksiyası), piodermit (irinli dəri infeksiyası), yara infeksiyası kimi dərinin və dəri törəmələrinin mürəkkəbləşməyən infeksiyaları

Qarayaranm ağciyər forması

 

Əks göstərişlər

Levofloksasinə və ya digər köməkçi komponentlərə qarşı və ya digər flüorxinolonlara (moksifloksasin, siprofloksasin, ofloksasin) qarşı hiperhəssaslıq. -Allergik reaksiyalara qaşınma, ödem, tənəffüs problemləri, dodaqların, üzün, udlaq və ya dilin şişməsi aiddir.

Epilepsiya

Əgər sizdə flüorxinolonların qəbulu ilə əlaqədar vətər xəstəlikləri olubsa

Hamiləlik

Laktasiya dövrü

Uşaqlar və yeniyetmələrdə istifadə

Böyüyən orqanizmdə qığırdaqların zədələnməsi riski olduğu üçün uşaqlarda, yeniyetmələrdə, hamiləlik və laktasiya dövründə istifadə olunmamalıdır.

 

 

Hamiləlik və laktasiya dövründə istifadəsi

Dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə vəya əczaçı ilə məsləhətləşin.

Levofloksasinin hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur.

İnsan üçün potensial riski məlum deyil. İnsanlar üçün kifayət qədər məlumat olmadığı üçün və

eksperimental tədqiqatlarda böyüyən orqanizmdə qığırdaqlarda flüorxinolonların nümayış

etdirdiyi riski nəzərə alaraq FLOVANT hamiləlik zamanı istifadə olunmamalıdır.

Müalicə ərzində hamilə olduğunuz aşkar olunarsa, dərhal həkiminizlə və ya əczaçı ilə

məsləhətləşin.

Laktasiya

Dərman vasitəsini istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. Levofloksasinin heyvanlarda və ya insanlarda süd ilə ekskresiyası barədə məlumatlar məhduddur. Levofloksasinin ana südü ilə ekskresiyası barədə olan fiziki-kimyəvi və farmakodinamik/toksikoloji məlumatlara əsasən körpə üçün risk qaçılmazdır. Eksperimental tədqiqatlarda böyüyən orqanizmdə qığırdaqlarda flüorxinolonların nümayış etdirdiyi riski nəzərə alaraq FLOVANT ana südü ilə qidalandırma zamanı istifadə olunmamalıdır.

 

İstifadə qaydası və dozası

 

Göstəriş

Gündəlik doza (infeksiyanın ağırlığmdan asılı olaraq)

Müalicə müddəti

Kəskin sinusit (kəllə sümüklərində hava ilə dolu ciblərin iltihabı)

gündə bir dəfə 500 mq

10-14 gün

Xronik bronxitin kəskinləşməsi

gündə bir dəfə 250-500 mq

7-10 gün

Xəstəxanadan xaric pnevmoniya

gündə bir və ya iki dəfə 500 mq

7-14 gün

Pielonefrit daxil olmaqla sidik yollarının ağırlaşmış infeksiyaları (sidik yolları və böyrəklərin iltihabı)

gündə bir dəfə 250 mq

7-10 gün

Dəri və dəri törəmələrinin

iltihabı

gündə bir dəfə 250 mq və ya

gündə bir və ya iki dəfə 500 mq

7-14 gün

Xronik bakterial prostatit (Prostatm iltihabı)

gündə bir dəfə 500 mq

28 gün

Qarayaranın ağciyər forması

gündə bir dəfə 500 mq

8 həftə

 

Müalicə müddəti xəstəlikdən asılı olaraq dəyişir (yuxarıdakı cədvələ bax). Antibiotiklə müalicə zamanı olduğu kimi, FLOVANT-ın qəbulu xəstədə qızdırma düşdükdən sonra və bakteriyalar məhv olunduqdan ən azı 48-72 saat sonra davam olunmalıdır.

 

Buraxılış forması

7 örtüklü tablet, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

Istehsalçı

İlko İlaç San. ve Tic. A.Ş.