/public/editor/kcfinder/upload/images/medicine_images/FERROVEF.jpg
Share this:

Ferrovef


Ferrovef

 

Tərkibi:

Dəmir fumarat 143 mq    (Dəmir- 47 mq )

Sink sulfat - 11,05 mq     (Sink  – 4,0 mq)                        

 Manqan sulfat -6,0 mq   (Manqan– 2,0 mq)             

 Mis sulfat - 5,0 mq         (Mis – 2,0mq)                            

Vitamin C – 70,0 mq                                                   

 F ol turşusu - 0,5 mq                          

 Vitamin B12 - 5 mkq      

 Vitamin B6 – 4,0 mq   

                  

Farmakoterapevtik qrupu:

Kombinə olunmuş antianemik preparat

 

Farmakoloji xüsusiyyətləri:

Anemiya orqanizimdə yalnız dəmir elementinin deyil, həmçinin fol tuşusu,B12 vitamini, mis elementi və zülal çatışmazlığı nəticəsində də əmələ gəlir.

Dəmir- hemoqlobin sintezinin zəruri amili və onun əsas tərkib komponentlərindən biridir.Dəmir defisitli anemiyalar ümumi qan azlığı xəstəliklərinin 80% -ni təşkil edir.Dəmir çatışmazlığı ilə bağlı anemiyalarda eritrositlərin ölçüsü normal şəxslərdə olduğundan kiçik, içərisindəki hemoqlobinin miqdarı isə az olur. Orqanizmdə dəmirə təlabatın artdığı bəzi hallarda da məsələn hamiləlik zamanı (hamilə qadınlar gündəlik qida rasionundan əlavə olaraq-döl üçün 2,5 mq dəmir almalıdırlar),uşaqlarda sürətli boyartma və cinsi yetişkənlik dövründə (uşaqların gündəlik dəmirə təlabatı təqribən 1mq olsa da, cinsi yetişkənlik dövründə bu miqdar 1.5-2mq-a qədər artır),temperatur ilə keçən xroniki xəstəliklərdə və s dəmir defisitli anemiya əlamətləri meydana çıxa bilər. Dəmir orqanizmdə ancaq ionlaşmış şəkildə,xüsusən iki valentli ion halında yaxşı sorulur.

Askorbin turşusu dəmirin sorulmasında əhəmiyyətli rol oynayır.

B12 vitamini Hipoxrom anemiyalarda həmçinin tərkibində kobalt olan (sianokobalamin ) preparatlardan da istifadə olunur.Məlumdur ki, hipoxrom anemiyalar zamanı dəmir preparatlarından istifadə bir qayda olaraq hemoqlobin və toxuma hem fermentləri sisteminin əmələ gəlməsini təmin edir. Kobalt isə sümük iliyinə qıcıqlandırıcı təsir göstərdiyi üçün eritropoezi sürətləndirir,hemoqlobinin biosintezi prosesində dəmirin mənimsənilməsini yüksəldir, bağırsaqdan dəmirin sorulmasını təmin edir. Eritropoetinin (orqanizmdə eritropoezi tənzim edən hormon təbiətli endogen boy faktoru) əmələ gəlməsini stümulə edir.

 Fol turşusu makrositar anemiyaların (alimentar,dərman mənşəli, hamiləlik zamanı baş verən meqaloblastik anemiya və s) müalicəsində əsas dərman maddəsi hesab olunur.Fol turşusun hiperxrom anemiyaların demək olar ki,bütün növlərində B12 vitamini ilə birlikdə işlətmək məsləhət görülür.Bu onunla əlaqədardır ki,fol turşusundan sərbəst- monopreparat kimi istifadə etdikdə o, qanın tərkibini normallaşdırsa da ümumi nevroloji pozğunluqları daha da dərinləşdirir.Yalnız kombinə olunaraq istifadə edildikdə (B12 vitamini hesabına ) nevroloji pozğunluqların korreksiyası baş verir,diğər tərəfdən ,B12 vitamininin özünün sümük iliyində qan yaranma prosesində aktiv iştirakı üçün fol turşusunun olması zıruridir.

Mis-orqanizm üçün zəruri mikroelementlərdən olub, metobolizm prosesində əhəmiyyətli rol oynayır.Tərkibində mis olan fermentlər dəmirin bağırsaq divarından toxuma hemlərinə daşınmasını təmin edir, qanın formalı elementlərindən biri olan retikulositlərin formalaşmasını stimulə edir. Mis, toxumaları superoksid anionlarından təmizləyərək, hüceyrə membranının zədələnməsinin qarşısını alan superoksiddismutaza fermentləri sisteminin bioloji fəallığının təmin edilməsində də mühüm rol oynayir. Kiçik dozalarda anemiyalar zamanı eritropoezi sürətləndirmək məqsəd ilə təyin edilir.

Sink –canlı orqanizmlərdə 90-a qədər fermentin normal fəaliyyəti üçün lazımlıdır.Orqanizmdəki miqdarı təqribən 2 qrama qədərdir.Sink  eritrositlərin əmələ gəlməsini sürətləndirir (yəni eritrositlərin və hemoqlobinin). Bundan başqa sink hüceyrə membranını təmin olunmasında əhəmiyyətli rol oynayır, tosqun hüceyrələrdən histaminin,trombositlərdən serotoninin, eləcədə digər toxuma zədələnmələri törədən foktorların azad olunmasını məhdudlaşdırır.

Manqan- Erirositlərdə oksidləşmə prosesini artırır

 

İstifadəsinə göstərişlər:

  • Dəmir defisitli anemiyalar;
  • Hamiləliyin ikinci və üçüncü trimestrində, doğuşdan sonrakı dövrdə və laktasiya dövründə dəmir və fol turşusu çatışmazlığının müalicə və profilaktikası;
  • Xroniki qanitirmə (mədə-bağırsaq qanaxmaları, hemorraidal qanaxmalar, menometrorragiya);
  • Kəskin infeksion xəstəliklər, xroniki xəstəliklər, zərərli ekoloji faktorların təsirləri nəticəsində yaranan anemiyalar;
  • Natamam qidalanma səbəbi ilə yaranan anemiyalar;
  • Qurd xəstəlikləri (tükbaş qurd qanla qidalanır) nəticəsində yaranan anemiyalar;
  • Cərrahi əməliyyatlardan sonrakı anemiyanın müalicə və profilaktikasında;
  • Hormonal, psixotrop, kontraseptik və qıcolma əleyhinə preparatların uzun müddətli qəbulu zamanı yaranan anemiyalar.
  •  
  • İstifadə qaydası və dozası:

Böyüklər və 12 yaşından böyük uşaqlar gündə 1vəya 2 kapsul

Əks göstərişlər:

Orqanizmdə çoxlu miqdarda dəmirin toplanması ( hemosideroz, hemoxromatoz).

Əlavə təsirləri:

Ürəkbulanma, allergik reaksiyalar

Buraxılış forması:

№30 yumşaq jelatin kapsul.

İstehsalçı:

Untitled-1.png VEFA İlaç San. və Tic. Ltd. Şti. Vefa logo  Beylikdüzü Organize Sanayi Bölgesi Mermerciler Sanayi Sitesi 2. Cadde №3 Vefa logo Beylikdüzü/İstanbulUntitled-1.png