/public/editor/kcfinder/upload/images/medicine_images/evinol.jpg
Share this:

Evinol 400



Tərkibi:

Hər yumşaq jelatin kapsulda:

Təbii E vitamini (D alfa-tokoferil asetat) – 400 BV

 

Farmakoloji təsiri:

E vitamini orqanizmdə antioksidant funksiyasını həyata keçirən mühüm bir maddədir. O, doymamış yağ turşularını, həmçinin hüceyrə membrananının fosfolipidlərini və digər oksiqenə həssas maddələri (vitamin A və askorbin turşusu kimi) sərbəst radikalardan qoruyur. E vitamini-nin mədə-bağırsaq traktından absorbasiyası ödün və mədəaltı vəzinin fermentativ aktivliyindən asılıdır.

E vitamini -nin dozanı artıraraq, onun absorbasiya olunan miqdarıda çoxalır. Sorulandan sonra E vitamini limfa xilomikronları ilə dövr edir, sonra alfa və beta lipoproteidlərlə birləşərək bütün toxumalara geniş yayılır və əsasən piy toxumasında ehtiyat şəkildə yığılır. E vitamin-nin bir hissəsi qaraciyərdə metabolizmə uğrayıraq, nəticədə tokoferon turşusunun qlükoronidləri və qamma-lakton yaranır, hansı ki sidiklə, əsas hissəsi isə tədriclə ödnən xaric olunur. E vitamini ana südündə aşkar olunur, lakin ciftdən zəif keçir.

 

Göstərişləri:

  • E vitamini-nın catışmamazlığın müaliçə və profilaktikası;
  • EVİNOL 400 (təbii E vitamini) dərinin gözəlliyini saxlamaq kömək edir, qocalmanın tərəqqini (irəliləmə ) ləngidir və qırışların əmələ gəlməsinin qabağını alır;
  • EVİNOL 400 antioksidant təsirə malik olaraq, hüceyrələri, bizim orqanizmdə ətraf mühitin çirklənmə, sigaret çəkmə, qocalma və xəstəlik nəticəsində yaranan sərbəst radikalardan qoruyur;
  • EVİNOL 400 antioksidant təsirə malik olaraq, şəkərli diabet, əzələ qıcolma, növbələnən axsaqlıq və ürək-damar xəstəliklərin müalicəsi zamanı müsbət təsir göstərir.

 

Qəbul qaydası:

Bir kapsuldan gündə 1 dəfə və ya həkimin göstərişi ilə.

 

Əks göstərişləri:

Vitamin K-nın catışmamazlığı nəticəsində yaranmış hipoprotrombonemiya. Vitamin E-ya  qarşı fərdi həssaslıq.

 

Buraxılış forması: 

Yumşaq jelatin kapsul N30

 

Qeydiyyət vəsiqəsi: 

№17-00549 2017-09-18

      

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

 

Qeydiyyat vəsiqəsi: №17-00549 18.09.2017