/public/editor/elFinder/php/../files/images/medicine_images/euromecin%201.jpg
Share this:

Euromicin


Tərkibi:

Hər 2 ml ampulda -100 mq amikasin sulfat var

 

Farmakoloji xüsusiyyətləri:

Amikasin yarımsintetik aminoqlikozid qrupuna aid antibiotikdir.Əksər qram-mənfi və qram-müsbət mikroorqanizmlərə qarşı bakterisid təsir göstərir.Amikasinə həssas qram-mənfi mikroblar: Pseudomonas spp., Proteus spp., Providencia spp., Klebsiella,Enterobacter, Serratia,Acinetobacter spp., Esherichia coli və Citrobacter freundii.Amikasinə həssas qram-müsbət mikroblar Staphylococcus spp., Streptococcus pyogenes, Streptococcus pneumonia. Başqa aminoqlikozid qrupundan olan antibiotiklərə (gentamisin, kanamisin) davamlı mikroorqanizmlər amikasinə həssasdırlar. Yarımparçalanma dövrü 2 saatdır. Qanın zülalları ilə 0-11% birləşir.Sidik ilə 98% xaric olunur.

 

Göstərişləri:

Qram-mənfi mikoorqanizmlərin törətdiyi ağır infeksiyalar zamanı:

  • Bakterial septisemiya
  • Tənəffüs yolu infeksiyaları
  • Sümük və oynaq infeksiyaları
  • Dəri və yumşaq toxuma infeksiyaları
  • Qarın nahiyyəsinin infeksiyaları( peritonit)
  • İnfeksiyalaşmış yanıqlar
  • Cərrahi əməliyyatdan sonrakı infeksiyalar
  • Sidikçıxarıcı yolların tez-tez resedivləşən infeksiyaları

 

İstifadə qaydası və dozası:

Düzgün dozalanma üçün xəstənin çəkisini bilmək lazımdır.10mq/kq/sut. əzələ və ya vena daxilinə gündə 2 dəfə

 

Buraxılış forması:

2 ml ampulda 100 mq amikasin sulfat var

Qeydiyyat vesiqəsi: №15-00317 01.05.2015