/public/editor/elFinder/php/../files/entelax.jpg
Share this:

Entelax


 Tərkibi:

118 ml məhlulun tərkibindəki aktiv maddələr:

Tək əsaslı (monobazik) natrium fosfat 19,0 q. (161 mq/ml)

Iki əsaslı (dibazik) natrium fosfat 7,0 q. (59 mq/ml)

 

Istifadəsinə göstərişlər:

Müxtəlif  mənşəli qəbizliklər, müvəqqəti qəbizliyin müalicəsində və rektuma (düz bağırsağa) yaxın qalın bağırsaq əməliyyatlarından əvvəl və sonra, doğuşdan əvvəl və sonra, proktoskopiya, siqmoidoskopiya ya da kolonoskopiyadan əvvəl, radioloji müayinələrdən əvvəl bağırsaq təmizliyi üçün istifadə olunur.

 

Istifadə dozası, tezliyi və müddəti:

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar. Həkim tərəfindən başqa qəbul forması tövsiyə edilmədiyi halda, gündə bir dəfədən çox olmayaraq 135ml (1 flakon) düz bağırsağa yeridilməli.

 

Istifadə forması:

Rektal istifadə üçündür. Xəstə dizlərini bükərək sol yanı üstünə uzanmalıdır. Imalənin uc hissəsi düz bağırsağa yeridilərək sabit təzyiqlə boşaldılmalıdır.

2-5 dəqiqə sonra təsir başlayır. Təsir gecikərsə həkimə müraciət olunmalıdır.

 

Buraxılış forması:

ENTELAX bir dəfəlik istifadə üçün hazır imalə (məhlul) 135 ml.

 

Dərman vasitəsi deyil.

 

Istehsalçı : VEFA ilaç, Türkiyə.