/public/editor/elFinder/php/../files/elfenor.jpg
Share this:

Elfenor


Tərkibi:

1q gelin tərkibində 50 mq diklofenak natrium vardır.

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası: Elfenor gelin təsiredici maddəsi olan diklofenak, iltihabəleyhinə, ağrıkəsici və antipiretik xüsusiyyətlərə malik QSİƏP-dir.  O, prostaqlandinlərin biosintezini inhibə edir. Travma və ya revmatik mənşəli iltihab zamanı diklofenak gel ağrını  yüngülləşdirir, ödemi azaldır və fəaliyyətin normallaşmasına tələb olunan vaxtı qısaldır.

Farmakokinetikası: Dəridən absorbsiya olunan diklofenakın miqdarı kontakt müddəti ilə və diklofenak gel ilə örtülmüş dərinin sahəsi  ilə mütənasibdir və ümumi yerli dozadan və dərinin hidratasiyasından asılıdır. 10 saatlıq okklüziya absorbsiya olunan diklofenakın miqdarının üç dəfə artmasına səbəb olur. Diklofenak gelin əl və ayaq oynaqlarında yerli istifadəsindən sonra diklofenak plazmada, sinovial toxumada və sinovial mayedə aşkar edilir. Diklofenak tabletləri ilə müqayisədə diklofenak gelin yerli istifadəsindən sonra maksimal plazma konsentrasiyası təxminən 100 dəfə aşağıdır. Diklofenakın 99,7%-i qan zülalları ilə, əsasən albuminlə birləşir (99,4%).  Diklofenak dəridə toplanır və dəri, rezervuar kimi,  dərmanı tədricən aşağıdakı toxumalara xaric edir.  Oradan diklofenak iltihablı toxumalara, məs. oynaqlara  nüfuz edir ki, orada onun konsentrasiyasının plazmadakından 20 dəfə yüksək olması aşkar edilmişdir.  Plazmada terminal yarımparçalanma dövrü 1-2 saat təşkil edir.  Diklofenak və onun metabolitləri əsasən sidiklə xaric olunurlar.

İstifadəsinə göstərişlər

  • Vətər, əzələ, oynaq və birləşdirici toxumaların iltihabı kimi revmatik xəstəliklər;
  • Əzilmə, çıxıq və ya dartılmalar;
  • Yumşaq toxumaların iltihabının lokalizəolunmuş formaları, məsələn, tendovaginit, bursit, “bazu-bilək” sindromu və periartropatiya;
  • Oynaqların degenerativ xəstəliklərinin lokalizəolunmuş formaları, məsələn, periferik oynaqların və onurğa sütünunun osteoartrozu.

 

Əks göstərişlər:

  • preparatın aktiv komponentinə - diklofenaka və ya preparatın hər hansı digər komponentinə qarşı hiperhəssaslıq;
  • anamnezdə asetilsalisil turşusu və ya digər qeyri-steroid iltihabəleyhinə preparatların (QSİƏP) qəbulundan sonra astmatik tutmalar, övrə və ya kəskin rinit;
  • hamiləliyin son trimestri;
  • 14 yaşdan aşağı uşaqlarda.

 

İstifadə qaydası və dozası:

Elfenor gel yumşaq hərəkətlərlə dəriyə yeridilməlidir. Adətən 2-4 q gel (4-8 sm gel zolağı) bədənin ağrıyan nahiyəsinin dərisi üzərinə gündə 3-4 dəfə yaxılır və yüngül sürtülür (miqdarı – albalı ölçüsündən qoz ölçüsünə qədər). Müalicənin müddəti göstərişlərdən və əldə edilmiş effektdən asılıdır. 2 həftədən sonra müalicəyə yenidən baxılması məsləhətdir.

 

Buraxılış forması:

100 q gel. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

İstehsalçı:

Vefa İaç San. ve Tic. Ltd. Sti, Türkiyə.

Qeydiyyat vesiqəsi: № 18-00233 13.04.2018