/public/editor/elFinder/php/../files/extrased.jpg
Share this:

Ekstrased


Tərkibi: 

Aktiv maddələr:

1 kap/miqdar

Valerian ekstraktı (Valeriana offisinalis)

    75 mq

Passiflora ekstraktı (Passiflora incarnata)

  150 mq

Mayaotu ekstraktı (Humulus lupulus)

    50 mq

Bədrənc ekstraktı (Melissa officinalis)

    100 mq

Maqnezium (Maqnezium citrate)

    256 mq

B6 vitamini (Pyridoxine)

     3 mq

 

Farmakoloji qrupu:

Stress əleyhinə, sakitləşdirici, yuxugətirici.

 

Farmakoloji təsiri:

Extrased unikal bitki tərkibli kombinə olunmuş, orqanizmə ümumi rahatladıcı, tez yuxugətirici və yuxunu yaxşılaşdırıcı preparatdır. İnkarnat passiflorası tərkibindəki karbolin qruplu alkaloidlər və az miqdarda sianofor tipli qlikozidlər hesabına sakitləşdirici və yuxugətirici təsir göstərir.

O, yüksək oyanıqlıqlı nevrastenik vəziyyətlərdə, qıcıqlanmalarda, yuxusuzluq, həmçinin prelimaks dövründə və s. istifadə olunur.

Valerian ekstraktı emosional üzülmə və yüksək sinir oyanıqlığı zamanı effektiv və təhlükəsiz sakitləşdirici təsir göstərən vasitədir.

Mayaotu ekstraktı yuxusuzluqda və yüngül depressiyalarda sakitləşdirici təsir göstərir.

Bədrənc antidepressiv, spazmolitik, immunmoduləedici təsirlərə malik sedativ vasitədir.     Geniş terapevtik təsir spektri tərkibindəki çoxsaylı bioloji aktiv maddələrin (sedativ təsir: sitronellal; spazmolitik təsir: sitronellal və qeraniol; virusəleyhinə, immunmodulyator, antihistamin, antioksidant və antimikrob təsirləri: fenilpropanoidlər) mövcudluğuna əsaslanır.

Maqnezium təbii trankvilizatordur. «Antistress» mineraldır. Beyin metabolizmini yaxşılaşdırır. AT normallaşdırır.

B6 vitamini bir sıra metabolik proseslərdə, o cümlədən, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Həmçinin, mədə-bağırsaq sistemindən maqneziumun sorulmasını və onun hüceyrə yə keçməsini yaxşılşdırır.  

 

Göstərişləri:

  • Yüksək sinir oyanıqlığı və emosional üzülmə;
  • Yuxusuzluq;
  • Stress vəziyyətlər;
  • Psixi və əqli gərginklik periodları;
  • Yüngül depressiyalar;
  • Miqren, sinir gərginliyi ilə əlaqədar baş ağrıları;
  • Qadınlarda klimakterik sindrom;
  • Psixoloji gərginliklə əlaqəli dermatozlar və s.

 

Əks göstərişləri:

Preparatın komponentlərindən hər hansı birinə qarşı fərdi həssaslıq.

 

Dozalanması və istifadə qaydası:

1 - 2 kapsuldan gündə bir dəfə yatmazdan 30 dəq. əvvəl və ya bir kapsuldan gündə 2 dəfə qəbul olunur.

 

Buraxılış forması:

Kapsul №30

 

İstehsalçı:

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azərbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.