/public/editor/elFinder/php/../files/images/medicine_images/duvalex.jpg
Share this:

Duvalex


1 tabletin tərkibində 10 mq amlodipin və 160 mq valsartan vardır.

1 tabletin tərkibində 5 mq amlodipin və 160 mq valsartan vardır.

Farmakoterapevtik qrupu:

Kalsium kanallarının blokatorları qrupuna daxil olan amlodipin və “angiotenzin-II reseptorlarının antaqonistləri” qrupuna daxil olan valsartandan  ibarət kombinəolunmuş preparat.

 

Farmakoloji xüsusiyyətləri:

DUVALEKS  arterial hipertenziyalı xəstələrdə arterial qan təzyiqinə nəzarət etmək üçün istifadə olunan, bir-birini tamamlayan mexanizm əsasında təsir göstərən iki antihipertenziv dərman vasitəsinin kombinasiyasıdır: amlodipin kalsium ionlarının, valsartan isə angiotenzin II reseptorlarının antaqonistidir. Bu iki komponentin kombinasiyası nəticəsində yaranan antihipertenziv təsir ayrı-ayrılıqda bu preparatların antihipertenziv təsirindən daha güclü olur.

 

İstifadəsinə göstərişlər:

Böyüklərdə qan damarlarının zədələnməsi nəticəsində iflic, ürək və böyrək çatışmazlığı kimi xəstəliklərə səbəb ola biləcək davamlı yüksək qan təzyiqi (hipertoniya).

 

İstifadə qaydası və dozası:

DUVALEKS gündə 1 dəfə təyin edilir. Hər gün eyni vaxta və səhər qəbul edilməsi tövsiyə olunur.

Həkimin qərarına uyğun olaraq yüksək və ya kiçik doza təyin oluna bilər.

Təyin edilmiş doza artıq doza qəbul etməyin.

Qida qəbulundan asılı olmayaraq gündə 1 dəfə az miqdarda su ilə içilərək daxilə qəbul edilir.

Müxtəlif yaş qrupları

Uşaqlar və yeniyetmələr (18 yaşa qədər):

Uşaqlar və yeniyetmələrdə DUVALEKS-in istifadəsi tövsiyə olunmur.

Yaşlılar:

65 yaş və yuxarı insanlarda xüsusi doza tənzimlənilməsinə ehtiyac yaranmır.

 

Buraxılış forması:

14 örtüklü tablet, blisterdə.  2 blister (28 örtüklü tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

 

İstehsalçı:

İlko İlaç San. ve Tic. A.Ş. Türkiyə.

Qeydiyyat vesiqəsi: № 18-00194 30.03.2018