/public/editor/kcfinder/upload/images/medicine_images/depores.jpg
Share this:

Depores


Depores

 

Tərkibi:

1ml emulsiyanın tərkibində 0,5 mq Siklosporin vardır

 

Farmakoloji xüsusiyyətləri:

DEPORES preparatının tərkibində göz daxilinə damızdırılarkən iltihabəleyhinə və gözlərin səthi ilə əlaqəli immun sistemi tənzimləmək xüsusiyyətlərinə malik dərman preparatı olan Siklosporin vardır. Dərmanın insan qanına nüfuz etməsi və kummulyasiyası aşkar edilməmişdir.

 

DEPORES gözlərdə baş vermiş iltihabi proses nəticəsində gözlərin qurumasına aparıb çıxaran hallarda göz yaşı ifrazını artırmaq üçün istifadə olunur.

 

Əks göstərişləri:

Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq. Mikroorqanizmlərin törətdiyi göz infeksiyası.

 

Ehtiyat tədbirləri:

DEPORES kontakt linzalar taxılarkən təyin olunmamalıdır. Dərmanın damızdırılmasından əvvəl kontakt linzalar çıxarılmalı və DEPORES preparatı təyin olunduqdan 15 dəqiqə sonra linzalar yenidən yerinə taxılmalıdır.

DEPORES preparatının effektivliyi və təhlükəsizliyi 16 yaşdan aşağı uşaqlarda öyrənilməyib. Cavan və yaşlı xəstələrdə DEPORES preparatının effektivliyində və təhlükəsizliyində fərq müşahidə olunmayıb.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi:

Bu preparatı qəbul etməzdən əvvəl həkiminizlə, yaxud əczaçı ilə məsləhətləşin.

 

Digər dərman preparatları ilə qarşılıqlı təsiri:

Əgər Sizin gözünüzə bir preparatdan çox dərman damızdırılmalıdırsa, o zaman iki müxtəlif preparatın istifadəsi arasında 15 dəqiqə fasilə etməlisiniz.

 

İstifadə qaydası və dozası:

Eynicinsli, ağ rəngdə, şəffaf olmayan emulsiyanın alınması üçün istifadəsindən əvvəl flakonu bir neçə dəfə başıaşağı çevirin.

DEPORES süni göz yaşı preparatı ilə yanaşı istifadə oluna bilər; preparatlar arasında 15 dəqiqə interval olmalıdır.

DEPORES ancaq göz üçün istifadə olunmalıdır.

DEPORES oftalmik emulsiyanı gündə iki dəfə təxminən 12 saatdan bir hər gözə bir damcı damızdırmaq lazımdır.

Müxrəlif yaş qrupları

DEPORES preparatının effekti və təhlükəsizliyi 16 yaşdan aşağı yaşlarda öyrənilməyib.

Cavan və yaşlı xəstələrdə DEPORES preparatının effektivliyində və təhlükəsizliyində fərq müşahidə olunmayıb.

 

Mümkiin əlavə təsirləri:

Bütün dərman preparatlarında olduğu kimi, DEPORES preparatının inqrediyentlərinə qarşı da ona həssas olan xəstələrdə əlavə təsirlər ola bilər.

 

Buraxılış forması:

Birdəfəlik flakon, 0,4 m1 N30

 

 

 

 

İstehsalçı:

DEVA HOLDİNG A.Ş.

Dumlupınar Mah. Ankara Cad.

No:2 Kartepe/KOCAELİ /TURKEY