/public/editor/kcfinder/upload/images/medicine_images/declaren%20sirop.jpg
Share this:

Deklaren


Deklaren

 

Tərkibi:

Hər 5 ml-də 2.5 mq dezloratadin.

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası: Deklaren qeyri sedativ, üçsiklik, uzun müddətli təsirə malik olan antihistamin preparatdır. Periferik H1-histamin reseptorlarına selektiv antaqonist  təsir göstərərək histaminin tosqun hüceyrələrdən azad olunmasını inhibə edir. Mövsümi rinoreya və çoxillik rinitlər zamanı asqırma, rinoreya, burunda gicişmə (qıcıqlanma), damaqda gicişmə, gözün qaşınması və qızarması, gözyaşarma kimi simptomlarda dezloratadin effektiv təsir göstərir.

Birinci qəbuldan sonra 24 saat ərzində simptomlara ciddi nəzarət olunur.

Farmakokinetikası: Daxilə qəbul olunduqdan sonra dezloratadin tez və

tamamilə sorulur. Sorulma qida qəbulundan asılı deyil. 30 dəqiqə ərzində

 plazmada aşkar olunur. Cmax 3 saatdır. Dezloratadin və 3-hidroksidezloratadin 85-87% plazma zülalları ilə birləşir. Böyrək çatışmamazlığı olan xəstələrdə plazma zülalları ilə birləşməsi dəyişilməmiş şəkildə qalır. Dezloratadin aktiv metaboliti olan 3-hidroksidezloratadinə metabolizə olunur. Metabolizmin son məhsulu qlükuronid birləşməsidir. Yarımparçalanma dövrü (T ½) 27 saata qədərdir. 3-hidroksidezloratadin dezloratadinlə oxşar təsirə malikdir. Orqanizmdən sidiklə və nəcislə metabolit şəklində xaric olunur. Deklaren hemato-ensefalik baryerdən keçmir.

 

Istifadəsinə göstərişlər:

- Allergik rinitlərin (mövsümi və çoxillik) nazal və qeyri nazal simptomlarının yüngülləşdirilməsi;

- Xroniki idiopatik övrənin simptomatik müalicəsi.

 

Əks göstərişlər:

 1 yaşa qədər uşaqlar,dezloratadinə, loratadinə və yaxud tərkibində olan hər bir komponentinə qarşı yüksək həssaslıq.

 

İstifadə qaydası və dozası:

1 yaşdan 5 yaşa qədər -2.5 ml (1.25 mq) gündə 1 dəfə

6 yaşdan 11 yaşa qədər -5 ml (2.5 mq) gündə 1 dəfə

Böyüklər və 12 yaşdan yuxarı yeniyetmələr üçün 10 ml gündə 1 dəfə

 

Buraxılış forması:

150 ml sirop

 

İstehsalçı: İlko İlaç, Türkiyə