/public/editor/kcfinder/upload/images/medicine_images/declaren.jpg
Share this:

Declaren


Tərkibi:

Dezloratadin  5 mq

 

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamikası: Deklaren qeyri sedativ, üçsiklik, uzun müddətli təsirə malik olan antihistamin preparatdır. Periferik H1-histamin reseptorlarına selektiv antaqonist  təsir göstərərək histaminin tosqun hüceyrələrdən azad olunmasını inhibə edir. Mövsümi rinoreya və çoxillik rinitlər zamanı asqırma, rinoreya, burunda gicişmə (qıcıqlanma), damaqda gicişmə, gözün qaşınması və qızarması, gözyaşarma kimi simptomlarda dezloratadin effektiv təsir göstərir. Birinci qəbuldan sonra 24 saat ərzində simptomlara ciddi nəzarət olunur.

Farmakokinetikası: Daxilə qəbul olunduqdan sonra dezloratadin tez və tamamilə sorulur. Sorulma qida qəbulundan asılı deyil. 30 dəqiqə ərzində plazmada aşkar olunur. Cmax 3 saatdır. Dezloratadin və 3-hidroksidezloratadin 85-87% plazma zülalları ilə birləşir. Böyrək çatışmamazlığı olan xəstələrdə plazma zülalları ilə birləşməsi dəyişilməmiş şəkildə qalır. Dezloratadin aktiv metaboliti olan 3-hidroksidezloratadinə metabolizə olunur. Metabolizmin son məhsulu qlükuronid birləşməsidir. Yarımparçalanma dövrü (T ½) 27 saata qədərdir. 3-hidroksidezloratadin dezloratadinlə oxşar təsirə malikdir. Orqanizmdən sidiklə və nəcislə metabolit şəklində xaric olunur. Deklaren hemato-ensefalik baryerdən keçmir.

 

Istifadəsinə göstərişləri:

- Allergik rinitlərin (mövsümi və çoxillik) nazal və qeyri nazal simptomlarının yüngülləşdirilməsi;

- Xroniki idiopatik övrənin simptomatik müalicəsi.

 

Əks göstərişləri:

Dezloratadinə, loratadinə və yaxud tərkibində olan hər bir komponentinə qarşı yüksək həssaslıq.

 

Xüsusi göstərişləri:

Hamiləlik: Hamiləlik zaman istifadə oluna biləsi barədə hec bir məlumat olmadığına görə, hamilə qadınlarda istifadə etmək olmaz (kəskin zəruriyyət qarşısında preparat təyin edildikdə, həkim preparatın istifadə riskini ehtimal olunan fayda ilə müqaisə etməlidir).

Laktasiya dövrü: Dezloratadin ana südünə keçdiyinə görə, preparatın qəbulu zamanı əmizdirməni dayandırmaq lazımdır.

 

İstifadə qaydası və dozası:

Böyüklər və 12 yaşdan yuxarı uşaqlar –  1 tablet gündə 1 dəfə.

 

Buraxılış forması:

Örtüklü tablet N20

 

İstehsalçı:

İlko İlaç, Türkiyə

 

Qeydiyyat vəsiqəsi: №15-01190 07.12.2015    №15-01012 30.10.2015