/public/editor/elFinder/php/../files/d-colerolf.jpg
Share this:

D-Colerol 50 000 BV


Tərkibi:

15 ml məhlulun tərkibində 50 000 BV

                       

Farmakodinamikası

Vitamin D3 raxit əleyhinə aktiv faktordur. D vitamininin ən mühüm funksiyası kalsiumun və fosfatların metabolizmini tənzimləməkdən ibarətdir ki,  bu da skeletin düzgün minerallaşmasını və inkişafını təmin edir. Vitamin D3 – D vitamininin təbii formasıdır. D2 vitamini ilə müqayisədə aktivliyinin 25 %-dən yüksək olması ilə fərqlənir. O, qalxanabənzər ətraf vəzin normal funksiyası üçün zəruridir. Bağırsağa, böyrəklərə və sümük sisteminə təsir göstərir. Kalsiumun və fosfatların bağırsaqdan absorbsiya olunmasında, mineral duzların nəqlində və sümüklərin kalsifikasiyasında əhəmiyyətli rol oynayır, həmçinin kalsiumun və fosfatların böyrəklər vasitəsilə xaric olmasını tənzimləyir. Kalsium ionlarının konsentrasiyası skelet əzələlərinin tonusunun saxlanmasını, sinir impulsarının ötürülməsini, qanın laxtalanma prosesini şərtləndirən bir sıra mühüm biokimyəvi proseslərə təsir göstərir. D vitamini həmçinin, limfokinlərin yaranmasına təsir göstərməklə immun sistemin fəaliyyətində iştirak edir.

Uşağın sürətli inkişaf dövründə qidada D vitamininin çatışmaması, onun sorulmasının zəifləməsi, kalsium çatışmazlığı,   günəş şüaları qarşısında olmamaq raxitin yaranmasına səbəb olur; böyüklərdə bu, osteomalyasiyaya, hamilə qadınlarda tetanus simptomlarının meydana çıxmasına,yenidoğulmuşlarda sümüklərin bərkiməsi proseslərinin pozulmasına  səbəb ola bilər.Hormonal pozğunluqlarla əlaqədar tez-tez osteoporozun inkişaf etməsi nəticəsində menopauza dövründə olan qadınlarda D vitamininə olan tələbat yüksəlir.

Farmakokinetikası

Vitamin D3-ün sulu məhlulu yağlı məhluluna nisbətən daha yaxşı sorulur.Vaxtındanəvvəl doğulmuşlarda ödün yaranması və onikibarmaq bağırsağa daxil olması kifayət qədər olmadığından yağlı məhlul şəklində olan vitaminlərin sorulması pozulur. Peroral qəbuldan sonra xolekalsiferol nazik bağırsaqda absorbsiya olunur. Qaraciyərdə və böyrəklərdə metabolizmə uğrayır.Xolekalsiferolun qandan yarımxaricolma dövrü bir neçə gün təşkil edir və böyrək çatışmazlığı zamanı bu müddət uzana bilər. Preparat plasentar baryerdən keçir və ana südünə nüfuz edir. Orqanizmdən sidik və nəcislə xaric olur.

 

İstifadəsinə göstərişlər

  • D vitamin defisitinin və ya çatışmazlığının müalicəsi üçün, mədə-bağırsaq traktında malabsorbsiya ilə bağlı D vitamini çatışmazlığının profilaktikası və müalicəsi
  • Raxit (D vitamin çatışmazlığı nəticəsində əmələ gələn sümük xəstəliyi),
  • Sümüklərdə mineralların azalması ilə müşayiət olunan Osteomalyasiya,
  • Sümük toxumasının həcminin azalması ilə müşayiət olunan Osteoporoz,
  • Sümüklərin  həcminin azalması nəticəsində daha çox sınma təhlükəsi olan hallarda dəstəkləyici müalicə kimi,
  • Hiperparatireozun  (parathormonun (orqanizmdə kalsiumun metabolizmini tənzimləyən hormon) artması ilə bağlı yaranan xəstəlik, vəzi şişi) müalicəsi

Əks göstərişlər

D3 vitamininə və ya D-COLEROL -un digər komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq, yüksək qan təzyiqi (Hipertoniya), ateroskleroz, ağciyər vərəmi, D hipervitaminozu, qanda və sidikdə kalsiumun səviyyəsinin yüksəlməsi, kalsiumlu böyrək daşları, böyrək çatışmazlığı.

 

Hamiləlik və laktasiya dövründə istifadəsi mümkündür: Hamiləlik və laktasiya dövründə mümkün gündəlik doza 400-800 BV təşkil edir. Zərurət yarandıqda nəzarət altında gündəlik dozanı 4000 BV/gün qədər artırmaq olar.

 

İstifadə qaydası və dozası: 1ml D-KOLEROL FORT 25 damcıdır.

Göstərişlər

Damcı sayı

Ekvivalent 

BV D3/gün

Ekvivalent μq

xolekalsiferol / gün

Həftəlik doza BV vitamin D3

D vitamin defisitinin və ya çatışmazlığın müalicəsi üçün

Gündə 1-6 damcı

600-3600 B.V.

15-90 μq

4200-25200 BV (7 damcı 1.68 ml –yə qədər)

Malabsorbiya ilə bağlı D vitamini çatışmazlığının profilaktikası

Gündə 1-3 damcı

600-1800 BV

15-45 μq

4200-12600 BV (Həftədə 7-21 damcı)

Malabsorbiya ilə bağlı D vitamini çatışmazlığının müalicəsi

Gündə 1-16 damcı

600-9600 BV

15-240 μq

4200-67200 BV (7 damcı 4,48 ml –yə qədər)

 

 

 

Körpə və uşaqlarda Raxit xəstəliyinin müalicəsi

1 yaşdan aşağı:

Gündə 5 damcı

 

1 yaşdan yuxarı:

Gündə 10 damcı

 

Dəstəkləyici doza

Gündə 1 damcı

1 yaşdan aşağı:

3000 BV

 

1 yaşdan yuxarı:

6000 BV

 

Dəstəkləyici doza

600 BV

1 yaşdan aşağı:

75 μq

 

1 yaşdan yuxarı:

150 μq

 

Dəstəkləyici doza

15 μq

1 yaşdan aşağı:

21000 BV (1,4 ml)

1 yaşdan yuxarı:

42000 BV (2,8 ml)

Dəstəkləyici doza

4200 BV (0,28 ml)

D vitamin defisiti səbəbilə əmələ gələn Osteomalyasiyanın müalicəsi

Gündə 16 damcı

Dəstəkləyici doza

Gündə 2-3 damcı

9600 BV

Dəstəkləyici doza

1200-1800 BV

240 μq

Dəstəkləyici doza

30-45 μq

67200 BV (7 damcı 4,48 ml –yə qədər) Dəstəkləyici doza

8400-12600 BV (həftədə 14-21 damcı)

Osteoporozun  kompleks müalicəsində

Gündə 1 damcı

 

    600 BV

       15 μq

 

4200 BV (Həftədə 7damcı)    (0,28 ml)

Osteoporotik sınıqlar təhlükəsi olan yaşlı və qlükokortikoid müalicə alan pasientlərdə kalsium ilə birlikdə profilaktikası

Gündə 1 damcı

 

 

    600 BV

 

       15 μq

 

4200 BV (Həftədə 7damcı)

   (0,28 ml)

İkincili hiperparatireoz

Gündə 2-5 damcı

 

 

   1200-3000 BV

 

       30-75 μq

 

8400-21000 BV (həftədə 14 damcıdan 1,4ml yə qədər)

 

İstifadə qaydası: 

D-COLEROL  gündə 1 dəfə daxilə qəbul edilir.

Buraxılış forması: 1

5 ml, şüşə flakonlarda. 1 flakon. 50 000 BV

İstehsalçı: 

Vefa İlaç San. ve Tic. Ltd. Şti., Türkiyə.

Qeydiyyat vəsiqəsi:№19-00282