/public/editor/kcfinder/upload/images/medicine_images/grandoza.jpg
Share this:

Crannoza


Crannoza

 

Tərkibi:

PACRAN       250,0 mq 

(Quşüzümü bitkisinin standartlaşdırılmış ekstraktı)

D mannoza    200,0 mq

 

Farmakoloji qrupu:

Iltihabəleyhinə, antiseptik, diuretik.

 

Farmakoloji təsiri:

Quşüzümü bitkisi vitaminlərlə, bioflavonoidlərlə, fenol birləşmələri və digər orqanizm üçün lazım olan maddələrlə zəngindir.

Uroantiseptik xüsusiyyətə malikdir.

Tərkibində olan proantosianidinlər sidik yollarında antiadheziv təsir göstərərək mikrobların sidik yollarının divarlarına yapışmasının (adheziyasının) qarşısını alır. Hidroxinon sidik ifrazını gücləndirərək diurezi artırır.  Bioflavanoidlər sərbəst radikalları neytrallaşdırıb, orqanizmi onların mənfi təsirindən mühafizə edərək antioksidant təsir göstərir.

D mannoza –prebiotikdir. Urobakteriyalar (əsasən E.coli) üzərini örtən qlükoprotein lektin qatı sayəsində sidik kisəsinin divarına çökür. D mannoza urobakteriyaların lektin qatına təsir edir, sidik kisəsi divarına çökməsinin qarşısını alır. Təsiri yalnız patogen bakteiyaların yuyulub xaric olmasına yönəlib.

 

Göstərişləri:

  • Sidik yollarının kəskin və xroniki infeksiyalarının kompleks müalicəsi (pielonefrit, sistit, uretrit);
  •  Böyrək daşı xəstəliyinin kompleks müalicəsi;
  •  Simptomsuz bakteriuriya;
  •  Şəkərli diabet zamanı sidik yollarının infeksiyaları;
  • Hamiləlik zаmanı sidik yollarının infeksiyaları.

 

Əks göstərişləri:

Preparatın hər hansı komponentinə qarşı fərdi həssaslıq.

 

Dozalanması və qəbul qaydası:

1 kapsuldan gündə 2 dəfə yeməkdən sonra və ya yemək vaxtı kifayət qədər maye ilə qəbul etməli. Qəbul müddətini həkim təyin edir. (30 gündən az olmamalıdır).

 

Digər dərman preparatları ilə yanaşı istifadəsi:

Antibiotiklərin təsir effektini gücləndirir.

 

İstehsalçı: VEFA İlaç San. və Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.