/public/editor/elFinder/php/../files/colispas.jpg
Share this:

Colispas


Tərkibi:

5 ml siropun tərkibində:

Simetikon                                                                                 40 mq

Şüyüd tumunun yağı (Anethum Graveolens)                         2.5 mkl

Zirə tumunun yağı (Carum carvi)                                        0.025 mkl

Darçının efir yağları (Cinnamomum Zeylanicum)                 0.015mkl

Hill tumunun yağı (Eletarria Cardamomum)                           0.02mkl

Mixək gülünün efir yağları (Eugenia Caryophyllata)                 0.5mkl

 

 

Farmakoloji təsiri:

Simetikon qaz qabarcıqlarını partladaraq vetroqon təsir göstərir.

Şüyüd tumunun yağı (Anethum Graveolens) mədə ağrılarını və qaz qabarcıqlarını aradan qaldırmaqla, iştahanı artırır. Bəzi bakteriyaların böyüməsini ingibə edir (staphylococcus, streptococcus, pseudomonas və Escheria coli). Bitkinin bu cür effektivliyi eyni mikroorqanizmlər tərəfindən törədilən diareya kimi mədə-bağırsaq infeksion xəstəliklərin qabağını almağa kömək edir.

Zirə tumunun yağı (Carum Cravi) MBT-da köpün aradan qaldırılmasını asanlaşdırır. Zirə vetroqonlar sinifinə aid olan bitkilər sinfinə aiddir,onun şirəsi bağırsaq qazları daxil olmaqla qastrointestinal narahatlığı aradan qaldırmağa köməklik edir. Zirə tumunun yağı o qrup bitkilərdəndir ki, bağırsaq spazmlarında istifadə olunur. Əlavə olaraq öyrənilmişdir ki, zirə tumunun yağı antibakterial və larvisidal təsirə malikdir. Eləcə də agrıkəsici, antiseptik, diuretik, göbələkəleyhinə, böyrək xəstəliklərində antiseptik təsirə malikdir eləcə də bəlğəmgətirici, anestetik, parazitəleyhinə, sakitləşdirici təsir göstərir. Əsasən də təbabətdə yenidoğulmuş uşaqlarda sancışəkilli köpün aradan qaldırılmasına köməklik edir.

Darçının efir yağları (Cinnamomum Zeylanicum) darçın bitkisi ürəkbulanma, köpü aradan qaldırmaqla həzmi asanlaşdırır. Bu bitkinin yaglarının tərkibində terpenoid maddəsi tapılmışdır ki, bu da darçının təbabətdə effektli olduğunu sübüt edir. Evgenol və sinamaldehidlər hər iki komponent göbələkəleyhinə güclü təsirə malikdir. Eləcə də antiseptik, vetroqon, stimullaşdırıcı və bürüyücü təsirə malikdir.

Mixək gülünün efir yağları (Eugenia Caryophyllata) bakteriyaları məhv edərkən ağır infeksiyaların və diareyanın, həzm pozğunluqlarını aradan qaldırır. Eləcə də antiseptik, antibakterial, virusəleyhinə, iltihabəleyhinə, analgetik, yuxunu tənzimləyən, sakitləşdirici, qanı durulaşdırır, əqli qabiliyyəti artırır. Həzm pozğunluqlarından: dispepsiya, diareya, qastroenterit, köp, invaziv qurdlar, sürfələr və onun yumurtalarına qarşı, qaraciyərin funksional zəifliyində, qusma hallarında istifadə olunur.

Hill tumunun yağı (Eletarria Cardamomum) köpü, mədə bağırsaq pozğunluqlarını aradan qaldırır, spazməleyhinə, tonusu stimullaşdıran, mədənin funksiyasını aktivləşdirən, vetroqon , bəlğəmgətirici təsirə malikdir.

 

Göstərişləri:

  • Mədə-bağırsaq spazmları;
  • Diareya;
  • Sancışəkilli köp və qaz qabarcıqları zamanı;
  • Meterorizm;
  • Ürəkbulanma, qusma hallarında.

 

Əlavə təsirləri:

Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.

 

Dıgər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Müəyyən olunmayıb.

 

Istifadə qaydası:

0 - 2 ay: 2,5 ml gündə 3 dəfə

2 ay - 1 yaş: 5 ml gündə 3 dəfə

1 - 2 yaş arası: 10 ml gündə 3 dəfə

2 yaşdan yuxarı: 15 ml gündə 3 dəfə

 

Buraxılış forması:

Flakon 150 ml

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.