/public/editor/elFinder/php/../files/images/medicine_images/coeno.jpg
Share this:

Coeno QHL


Tərkibi:

Hər yumşaq kapsulun tərkibində:

Ubixinol (Koenzim Q10)  100 mq

 L-karnitin fumarat           150 mq

 

Farmakoloji qrupu:

Aktiv ümumi metabolik

 

Farmakoloji xüsusiyyətləri:

Koenzim Q10 (Ubixinon Q10) -  endogen mənşəli vitaminəbənzər birləşmə olub hər bir canlının qaraciyərində istehsal olunur. Koenzim Q10 – mitoxondrilərdə

ATF-in sintezində iştirak edir. ATF – yeganə bioloji mənşəli enerji mənbəyidir. Antioksidant təsir göstərir (orqanizm tərəfindən istehsal olunan yeganə piyhəlledici antioksidantdır). Koenzim Q10 orqanizmin enerji təminatına və tənəffüsə cavabdeh olan, insan hüceyrələrinin vacib hissəsi olan mitoxondri membranlarının ayrılmaz hissəsidir. Cavanlıq vitamini sayılır. O, effektiv heroprotektor xüsusiyyətə malikdir. Güclü təbii immunmodulyator olub, immun sisteminin funksional çatışmazlığını tez və effektiv bərpa edir, orqanizmin antimikrob və virus əleyhinə müdafiəsini aktivləşdirir.

L-karnitin anabolik, antihipoksant, antitireoidik vasitə olub, lipid mübadiləsini stimulə edir və regenerasiyanı sürətləndirir. L-karnitin B qrupu vitaminlərinə (BT – “boy vitamini”) mənsubdur. Uzunzəncirli yağ turşularını mitoxondrilərin daxili membranından keçirərək onların parçalanmasını və asetil KoA-nın əmələ gəlməsinə səbəb olur. L - karnitin mərkəzi sinir sisteminə zəif sakitləşdirici təsir göstərir, həzm şirələrinin (mədə və bağırsaq) sekresiyasını  və fermentativ fəallığını artırır, qidanın mənimsənilməsini yaxşılaşdırır. L - karnitin artıq bədən çəkisini və əzələlərdəki yağların miqdarını azaldır. L - karnitin fiziki gərginliyə qarşı dözümlülüyü artırır, ağır fiziki işdən sonrakı asidozu aradan qaldırır. L - karnitin qaraciyərdə və əzələlərdə qlikogen ehtiyatını artırır və onun daha qənaətli sərfinə səbəb olur. L-karnitin neyrotrofik təsir göstərir, apatozun qarşısını alır, zədələnmiş zonanı məhdudlaşdırır və sinir toxumasını bərpa edir.

 

Göstərişləri:

  • Ürəyin işemik xəstəliyi
  • Hipertoniya
  • Ateroskleroz
  • Ürəkdə aparılan əməliyyatlardan əvvəl və sonrakı dövrlərdə
  • Detoksikasiya məqsədilə
  • Cavanlaşma proqramlarında
  • Fiziki gərginlik hallarında
  • Alkoqolizm
  • Xroniki yorğunluq sindromu
  • Asteniya
  • Immundefisit halları
  • Çəkinin azaldılması məqsədilə

 

Dozalanması:

1 kapsuldan gündə 2-3 dəfə qəbul olunur.

 

Buraxılış forması:

Yumşaq jelatin kapsul N30.

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azərbaycan Respublikasında rəsmi distribyutor “Paşa-K” şirkəti