/public/editor/kcfinder/upload/images/medicine_images/CalzinD.jpg
Share this:

Calzin-D


Tərkibi:

Kalsium (kalsium karbonat - 1000 mq)                       400 mq

Maqnezium (maqnezium hidroksid -372 mq)             150 mq

Sink (sink sulfat 7 H2O – 22 mq)                                    5 mq

D3 vitamini (xolekalsiferol - 200 BV)                          5,0 mkq

 

Farmakololoji qrupu:

D3 vitamini ilə kombinə olunmuş mineral kompleksi

 

Farmakololoji təsiri:

Bu üç maddənin kombinasiyası çox vacibdir, çünki kalsium - maqnezium və sink olmadan sümük toxumasına keçə bilmir, analoji olaraq, sinkin dəri və saçlara təsiri kalsium və maqnezium ilə sıx bağlıdır.

Kalsium skelet sisteminin formalaşmasında əsas rol oynayır, orqanizmdəki kalsiumun 99%-i burada toplanır. Qalan 1 %- i isə qanın laxtalanması, sinir impulslarının ötürülməsi və yaranması, əzələ liflərinin yığılması, fermentativ sistemin və bir sıra hormonların aktivləşməsi üçün vacibdir. Kalsium möhkəm sümüklər və dişlərin formalaşması üçün vacibdir. Bundan əlavə, sinir impulslarının ötürülməsində iştirak edir, xolesterinin səviyyəsini azaldır, ürək-damar xəstəliklərinin profilaktikası, qanın laxtalanması və xərçəng xəstəliyinin profilaktikası üşün vacibdir, orqanizmi enerji ilə təmin edir, RNT və DNT zülallarının sintezində iştirak edir, antiallergik (histamin ifrazını tormozlayır, allergik reaksiyaların, ağrı sindromunun və iltihab proseslərinin əlamətlərini azaldır) xüsusiyyətə malikdir. Antistress xüsusiyyəti vardır.  

Maqnezium kalsiumun mənimsənilməsini təmin edir. Ürək-damar xəstəliklərinin profilaktikasında faydalıdır, osteoporozun profilaktikasında faydalıdır, xolesterinin səviyyəsini azaldır, hamilələrdə vaxtından əvvəl doğuşların qarşısını alır. Maqnezium B6 vitamini ilə birgə böyrək daşlarının əmələ gəlməsini azaldır və daşların əriməsini təmin edir. Maqnezium stresəleyhinə, sedativ, yuxu tənzimləyici təsirə malikdir. Qanın reoloji xüsusiyyətlərini normallaşdırır, sümük toxumasının strukturunu bərpa edir, qlükozanın səviyyəsini tənzimləyir. Menstrual tsikli normallaşdırır, böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır, beyin metabolizmi yaxşılaşdırır.

Sink sümük yaranması üçün vacibdir, prostat və reproduktiv orqanların normal funksiyasını təmin edir. Piy vəzilərin funksiyasını tənzimləyir. Zülal sintezi və kollagen əmələ gəlməsi üçün vacibdir. Immun sistemin qoruyucu funksiyasını artırır, yaraların sağalmasını sürətləndirir. Insulinin və digər həyati vacib fermentlərin tərkib komponenti sayılır. Sərbəst radikalların əmələ gəlməsinin qarşısını alır.  

D3 vitamini kalsiumun absorbsiyası üçün olduqca vacibdir.         

 

Göstərişləri:

  • Osteoporoz, osteoartroz (osteoartrit) və osteoxondroz, sınıqlar, raxit;
  • Mərkəzi sinir sisteminin funksiyalarının tənzimlənməsi: depressiya, xroniki yorğunluq, həyəcanlılıq, yuxusuzluq, diqqətin pozulması, hiperaktivlik, miqren baş ağrıları, gərginlik;
  • Allergik xəstəliklər;
  • Dəri sağlamlığının yaxşılşdırılması və dəri xəstəlikləri zamanı (akne, ekzema, psoriaz, seboreyalı dermatit, furunkulyoz);
  • Ürək-damar sisteminin möhkəmləndirilməsi: hipertoniya, ateroskleroz, ÜİX (stenokardiya), aritmiya;
  • Predmenstrual sindrom, klimakterik sindrom, dismenoreya, hipoqalaktiya, erkən toksikozlar, fibroz-kistoz mastopatiya; 
  • Hamiləlikdə kalsium çatışmamazlığında (II trimestrdə);
  • Görmə funksiyasının yaxşılaşdırılması, gecə görməsinin pozulması, katarakta, torlu qişada sarı ləkənin degenerasiyası, retinopatiya; 
  • İmpotensiya - erektil funksiyanın və libidonun zəifləməsi, prostat vəzinin hiperplaziyası .

 

Dozalanması və qəbul qaydası:

1 - 2 tabletdən gündə 1 dəfə.

 

Buraxılış forması:

Tablet №30

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.