/public/editor/kcfinder/upload/images/medicine_images/bronkhomax.jpg
Share this:

Bronkhomax


Tərkibi:

Hər 5 ml siropun tərkibində:

Glycyrrhiza glabra extract (çılpaq biyan ekstraktı)                  125 mq

Adhatoda vasica extract (adotoda ekstraktı)                             75 mq

Ocimum sanctum extract (reyhan ekstraktı)                              25 mq

Zingiber officinale extract (zəncəfil ekstraktı)                             5 mq

Piper longum extract (uzun bibər ekstraktı)                               10 mq

Mentha arvensis extract (nanə ekstraktı)                                     5 mq

Albizia lebbeck extract (akasiya ekstraktı)                                 15 mq

Curcuma longa extract (kurkuma ekstraktı)                               15 mq

Solanum xanthocarmum extract (quşüzümü ekstraktı)              25 mq

Təbii şam balı                                                                           125 mq

 

Farmakoloji təsiri:

Bronkhomax sirop bəlğəmgətirici, mukolitik, bronxgenişləndirici, həmçinin iltihab və allergiya əleyhinə təsirlərə malik 9 müalicəvi bitkinin sulu ekstraktından ibarət fitofarmakoloji preparatdır. Bronkhomax siropu yuxarı tənəffüs yollarının infeksion xəstəlikləri, bronxit, bronxial astma və allergik mənşəli respirator xəstəliklər zamanı öskürəyi yumşaltmaq məqsədi ilə təyin olunur. Bronkhomax müxtəlif farmakoloji xüsusiyyətlərə malik olub öskürəyin ağırlığını və intensivliyini azaldaraq, bəlğəmi durulaşdırır və çıxmasını asanlaşdırır.

Glycyrrhiza glabra extract -mukolitik, allergiya və iltihab əleyhinə  təsir göstərir.

Adhatoda vasica extract - mukolitik, bəlğəmgətirici və bronxgenişləndirici təsir göstərir.

Ocimum sanctum extract - iltihabəleyhinə, öskürəkəleyhinə, immunmodulyator təsir göstərir.

Zingiber officinale extract - allergiya əleyhinə, iltihabəleyhinə  təsir göstərir.

Piper longum extract - allergiya əleyhinə və iltihabəleyhinə  təsir göstərir

Mentha arvensis extract - sərinləşdirici, yumşaldıcı, soyuqdəymə əleyhinə və spazmolitik təsir göstərir.

Albizia lebbeck extract - bəlğəmgətirici, antiasmatik, bronxgenişləndirici, iltihab və allergiya əleyhinə təsir göstərir.

Curcuma longa extract - soyuqdəymə əleyhinə, mukolitik, astma əlethinə, spazmolitik, iltihab və allergiya əleyhinə təsir göstərir.

Solanum xanthocarmum extract - bronxgenişləndirici, iltihabəleyhinə və bəlğəmgətirici təsir göstərir.

 

Göstərişləri:

  • Tənəffüs yollarının quru və nəm öskürəklə müşahidə olunan xəstəlikləri;
  • Bronxial astma;
  • Allergik mənşəli respirator xəstəliklər.

 

Dozalanması:                                                                                        

Uşaqlar: 1-2 yaş         1.25 ml gündə 3 dəfə

               2-5 yaş          2.5ml gündə 3 dəfə

              5-12 yaş            5ml gündə 3 dəfə

 

Böyüklər: 10 ml gündə 3 dəfə

 

Xüsusi göstərişlər:

Bronkhomax siropunun qəbulu zamanı başqa öskürək əleyhinə sirop qəbul etmək olmaz.

 

Əlavə təsirləri:

Əlavə təsirləri təyin olunmayıb.

 

Buraxılış forması:

Flakon 100 ml

 

İstehsalçı: 

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.